Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli məlum olub
Bakı, 6 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 9-da "Şamaxı" - "Neftçi" matçı ilə start veriləcək. Görüş saat 14:00-da baş tutacaq. Həmin gün saat 17:00-da başlayacaq günün ikinci görüşündə “Sabah” və “Zirə” komandaları üz-üzə gələcəklər.
İkinci oyun günündə - aprelin 10-da “Sumqayıt” klubu lider “Qarabağ” komandasını qəbul edəcək. Qarşılaşma "Kapital Bank Arena” stadionunda saat 18:30 baş tutacaq.
Turun sonuncu görüşü saat 20:30-da “ASCO Arena” stadionunda başlayacaq. Həmin oyunda “Səbail” komandası “Qəbələ” komandasını qəbul edəcək.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
İyirmi bir turdan sonra turnir cədvəlinə 49 xalla “Qarabağ” klubu başçılıq edir. “Neftçi” klubu 38 xalla ikinci, “Zirə” 36 xalla üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq, “Qəbələ” (34 xal), “Sabah” (29), “Şamaxı” (20), “Sumqayıt” (14) və “Səbail” (11) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]