AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTAN PATRİARXI II İLİANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Prezident sarayında Gürcüstanın Patriarxı II İlianı qəbul etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Şeyxulislam vəzifəsində fəaliyyətinin 25 illiyi münasibətilə Bakıda keçirilən tədbirdə Gürcüstan Patriarxı II İlianın iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı Azərbaycan və gürcü xalqları, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, dostluq münasibətlərinin daim inkişaf etdiyini vurğuladı.
Prezident İlham Əliyev Gürcüstan Patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında yaranmış gözəl əlaqələrin ölkələrimizin əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verdiyini nəzərə çarpdırdı.
Patriarx II İlia gürcü xalqı adından dövlətimizin başçısını salamladı, Prezident Mixail Saakaşvilinin ən səmimi arzularını, dərin ehtiramını Prezident İlham Əliyevi çatdırdı. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Şeyxulislam kimi fəaliyyətinin 25 illiyi münasibətilə Bakıda keçirilən tədbirdə məmnunluqla iştirak etdiyini vurğuladı.
Prezident İlham Əliyev səmimi salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Gürcüstan Prezidenti Mixail Saakaşviliyə çatdırmağı xahiş etdi.