AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTANIN BAŞ NAZİRİ FERENTS DYURÇANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Macarıstan Respublikasının Baş naziri Ferents Dyurçanı qəbul etmişdir.
Görüşdə Azərbaycanla Macarıstan arasında münasibətlərin genişlənməsindən məmnunluq ifadə olundu, əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığı bildirildi. Bakıda keçirilən Enerji Sammitinin önəmi, enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafında bu tədbirin əhəmiyyəti xüsusi vurğulandı və qarşılıqlı əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə edildi.
######
