AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOLDOVANIN BAŞ NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Prezident sarayında Moldovanın Baş naziri Vasile Tarlevi qəbul etmişdir.
Görüş zamanı Azərbaycan-Moldova əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, GUAM çərçivəsində ikitərəfli əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olundu.
Moldova hökumətinin başçısı Azərbaycanın iqtisadi uğurlarına, ölkəmizdə gedən genişmiqyaslı quruculuq işlərinə həqiqətən heyran qaldığını söylədi.