Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI KİRİLLİ QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI KİRİLLİ QƏBUL ETMİŞDİR

Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli qəbul etmişdir.

Azərbaycan dövlətinin başçısı patriarx Kirilli qarşıladı.

Prezident İlham ƏLİYEV qonağı salamlayaraq dedi:

-Zati-müqəddəsləri, sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz.

Nisbətən qısa müddətdə bu, sizin Azərbaycana ikinci səfərinizdir. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, sizin ölkəmizə xeyirxah münasibətinizin əyani göstəricisidir. Biz sizi Azərbaycanın böyük dostu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına layiqli töhfə verən insan kimi tanıyırıq. Sizin Rusiyanın rifahı naminə, xalqlar arasında qlobal miqyasda əməkdaşlıq naminə fəaliyyətinizi izləyirik. Əlbəttə, ölkəmizə sizin növbəti səfəriniz geniş spektrli məsələlər barəsində fikir mübadiləsi aparmaq üçün növbəti imkandır.

Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla, dinamik inkişaf edir. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir və bu ifadə bütün çoxşaxəli müştərək fəaliyyət sahəsini əhatə edir. Əlbəttə, bu münasibətlərdə xüsusən xalqlarımızın yanaşı yaşamasının, müştərək fəaliyyətinin, rus və Azərbaycan xalqları arasında ənənəvi dostluq münasibətlərinin çoxəsrlik tarixini nəzərə alsaq, xalqlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Biz çox şadıq ki, ciddi bu ənənələr möhkəmlənir, davam edir və Sizin bu işə böyük töhfənizi bir daha qeyd etmək istərdim.

Azərbaycan dövləti bunları, eləcə də dünyada bütün konfessiyalar arasında dialoqun inkişafı işində böyük xidmətlərinizi nəzərə alaraq sizi yüksək dövlət ordeni - “Şərəf” ordeni ilə təltif etmişdir. İndi mən böyük məmnunluqla bu ordeni sizə təqdim etmək istərdim.

Prezident İlham Əliyev patriarx Kirillə “Şərəf” ordenini təqdim etdi. Rus Pravoslav kilsəsinin başçısı bu ordenə Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə layiq görülmüşdür.

Moskvanın və Bütün Rusiyanın patriarxı KİRİLL Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirərək dedi:

-Zati-aliləri, çox hörmətli cənab Prezident!

Mənə Azərbaycanın dövlət ordenini təqdim etməklə məni layiq gördüyünüz bu yüksək şərəfə, həmişə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Lakin ən başlıcası, Azərbaycan xalqının və MDB xalqlarının rifahı naminə əməyinizə görə Sizə təşəkkür etmək istərdim.

Mən Moskvadan gəlmişəm və buna görə əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Bu sahədə Sizin töhfəniz olduqca qiymətlidir. Siz rəhmətlik valideyninizin, Rusiyanın böyük dostunun yeritdiyi xətti davam etdirirsiniz və biz bu münasibətlərin necə sürətlə inkişaf etdiyini görürük. Bu münasibətlərdə yeni dinamizm Sizin adınızla bağlıdır və mənim fikrimcə, xalqlarımız arasında tərəfdaşlıq, dostluq münasibətləri həm Qafqaz regionunda, həm də bütün dünyada sülhün qorunub saxlanması üçün çox böyük əhəmiyyət kəsb edir.

Mən dinlərarası münasibətlərdə Sizin rolunuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətində insanların əksəriyyəti islam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır. Müasir terminologiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik. Əvvəllər insanlar bu cür qəliz sözlər işlətmir, daha sadə danışırdılar. Biz birgə yaşayırıq, bayramlarımızı birgə qeyd edirik, bir-birimizin sevincini və kədərini bölüşürük.

Mən Azərbaycanın pravoslav icması adından Sizin xalqınızın həyatına xas olan bu sülhsevərlik ruhuna görə, həm Azərbaycanın daxili həyatı üçün, həm də Azərbaycanın onu əhatə edən ölkələrlə, zənnimcə dünyanın bütün ölkələri ilə münasibətlərinin qurulması üçün çox böyük əhəmiyyət kəsb edən mehriban dinlərarası münasibətlərə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Mən həm də Sizə Rus Pravoslav kilsəsi tərəfindən dərin təşəkkürümü və minnətdarlığımı bildirmək və teleqramı oxumaq istərdim.

“Xeyirxah əməl sahibi olan hər kəsə eşq olsun.

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasında dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilir”. Mən ordeni Sizə təqdim edirəm.

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill ordeni Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham ƏLİYEV: - Çox sağ olun, Zati-müqədəsləri. Bu cür yüksək ordenlə təltif edilməyim mənim üçün böyük şərəfdir. Bu ordeni şəxsən sizin əlinizdən qəbul etmək mənim üçün ikiqat xoşdur. Sizi, Azərbaycanın bütün vətəndaşlarını, ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələrini, bütün dinlərin nümayəndələrini əmin edə bilərəm ki, mən bundan sonra da öz fəaliyyətimdə ölkəmizdə millətlərarası, konfessiyalararası dialoq işinə töhfə verməyə çalışacağam. Əminəm ki, ölkəmizdə bizim fəxr etdiyimiz dinc yanaşı yaşamaq ənənələri davam etdiriləcək, ölkəmizin bütün vətəndaşları sülh, qardaşlıq, dostluq şəraitində yaşayacaq və ümumi rifah naminə fəal işləyəcəklər. Sağ olun.

X X X

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli salamladı.

Rus Pravoslav kilsəsinin başçısı Mehriban xanımı görməyə şad olduğunu dedi. O, Azərbaycanın birinci xanımına gül dəstəsi və hədiyyə təqdim etdi.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillin şərəfinə şam yeməyi verildi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb