AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA MÜFTİLƏR ŞURASININ SƏDRİ RAVİL QAYNUDDİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Prezident sarayında Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddini qəbul etmişdir.
Dövlətimizin başçısı ilə görüşdən çox məmnun qaldığını bildirən qonaq Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin Şeyxulislam vəzifəsində fəaliyyətinin 25 illiyi münasibətilə Bakıda keçirilən tədbirdə iştirakını böyük məmnunluqla vurğuladı.
Ravil Qaynuddin Rusiyada yaşayan müsəlmanlar adından dövlətimizin başçısını salamladı, Şeyxulislam hacı Allahşükür Paşazadənin keçmiş sovet respublikalarında yaşayan müsəlmanlar arasında hörmət qazandığını bildirdi.
Prezident İlham Əliyev Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddinin Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin Şeyxulislam vəzifəsində fəaliyyətinin 25 illiyi münasibətilə keçirilən tədbirdə iştirakından məmnun olduğunu vurğuladı.