AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransaya səfərini başa çatdıraraq fevralın 12-də Paris şəhərindən Vətənə yola düşdü.
Parisin Orli beynəlxalq hava limanında Prezident İlham Əliyevi Fransa hökumətinin yüksək vəzifəli şəxsləri və Azərbaycan diasporunun nümayəndələri yola saldılar.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də axşam Bakıya gəldi.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.