AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN POLŞAYA İŞGÜZAR SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Polşa Respublikasına işgüzar səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.