AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA SƏFƏRİ
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Leonid Kuçma, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Qırğızıstan Prezidenti Əsgər Akayev, Özbəkistan Prezidenti İslam Kərimov, Moldova Prezidenti Vladimir Voronin, Tacikistan Prezidenti Emoməli Rəhmonov, Ermənistan Prezidenti Robert Koçaryan yarışları izləmişlər.
Həmin gün Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü keçirilmişdir. Görüşdə bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.