AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN GÖRÜŞÜ
İyunun 18-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.
Dövlətimizin başçısı Gürcüstan rəhbərini Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.
Görüş zamanı dövlət başçıları iqtisadiyyat, energetika, nəqliyyat sahələrində Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişafından razı qaldıqlarını bildirdilər. GUAM-ın artmaqda olan rolu və ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulandı, həm bu regional qurum, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişlənəcəyinə əminlik ifadə olundu.