AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Naxçıvan MR Ali Məclisinin binasında Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olundu, bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik vurğulandı. Hökumətlərarası razılaşmaya əsasən, İran ərazisi ilə Naxçıvana təbii qazın verilməsini əlamətdar hadisə kimi qiymətləndirən prezidentlər bunun iqtisadi layihələrin həyata keçirilməsində əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirdilər.