AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN GÖRÜŞÜ
İyunun 18-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun görüşü olmuşdur.
Azərbaycan Prezidenti Litva dövlətinin başçısını Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.
Görüş zamanı dövlət başçıları bildirdilər ki, Azərbaycan-Litva əlaqələri uğurla inkişaf edir. Litva Prezidenti vurğuladı ki, onun ölkəsi Avropa İttifaqı ilə danışıqlar prosesində Azərbaycanın mövqeyini daim dəstəkləyib və indi də dəstəkləyir.
Prezident İlham Əliyev bu dəstəyi yüksək qiymətləndirərək dedi ki, Avropa İttifaqının yeni qonşuluq siyasəti Proqramı çərçivəsində Azərbaycanda beşillik tədbirlər planının əməli şəkildə həyata keçirilməsinə başlanmışdır.