AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN GÖRÜŞÜ
İyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyev GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Bakıda keçirilən zirvə görüşü çərçivəsində Rumıniya Prezidenti Trayan Besesku ilə görüşmüşdür.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladılar.
Prezident İlham Əliyev dedi ki, ölkəmiz bu sammit çərçivəsində ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bununla yanaşı, Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi də diqqət mərkəzindədir.
Prezident Trayan Besesku bildirdi ki, xalqlarımız və ölkələrimiz arasında mehriban dostluq münasibətləri var və Rumıniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.