AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN GÖRÜŞÜ
İyunun 18-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun görüşü olmuşdur.
Dövlətimizin başçısı Ukrayna rəhbərini Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.
Görüş zamanı tərəflər Azərbaycan-Ukrayna əlaqələrinin dinamik inkişafından, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən razı qaldıqlarını bildirdilər. Azərbaycan və Ukrayna prezidentləri ölkələrimizin xalqlarının mənafelərinə xidmət edən GUAM-ın beynəlxalq siyasətdə rolunun getdikcə artdığını vurğuladılar.