Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Çıxışlarınıza görə çox sağ olun. Beləliklə, görüşümüz sona çatır. Mən sonda diskussiyamıza yekun vurmaq istərdim. GUAM zirvə görüşünün belə geniş tərkibdə keçirilməsi faktından bir daha dərin məmnunluğumu ifadə etmək istərdim. Bir daha demək istəyirəm ki, bu, 10 il əvvəl yaradılmış, ancaq indi, deyərdim ki, özünün ikinci həyatını yaşayan təşkilatımız üçün çox vacibdir. O zaman, 1997-ci ildə GUAM-ın üzvü olan ölkələr dövlətçiliyinin ilkin təşəkkül mərhələsini yaşayırdı. Sovet İttifaqının süqutu nəticəsində ölkələrimiz müstəqillik əldə etmişdi. Müstəqilliyin ilk illəri bütün ölkələr üçün həm iqtisadi, həm siyasi baxımdan çox ağır keçirdi. Əlbəttə, Azərbaycanın, Gürcüstanın və Moldovanın məruz qaldığı təcavüz ölkələrimizin vəziyyətini daha da ağırlaşdırmışdı. Bizim müstəqilliyimiz öz əlimizdə idi və bu gün biz fəxrlə deyə bilərik ki, bütün çətinliklərə, bütün maneələrə, bəzən təzyiqlərə ləyaqətlə tab gətirdik. Bu gün demək olar ki, müstəqilliyimizdən 15 il ötəndən sonra biz ayaq üstə möhkəm dayanmış, müstəqil dövlət olmuş, Avropada, dünyada yerimizi və rolumuzu tapmışıq.

Əminəm ki, bu gün biz GUAM təşkilatında birləşərək əməkdaşlıq, Avrasiya qitəsində demokratik proseslərin inkişafı, siyasi sistemin təkmilləşdirilməsi və Avropa strukturlarına inteqrasiya işində mühüm rol oynamışıq və bundan sonra da oynayacağıq. Çox sevindirici haldır ki, GUAM-ın əməkdaşlıq formatı genişlənir. Uzun illər boyu ənənəvi olaraq bu, GUAM-ABŞ formatı idi. Biz Amerika Birləşmiş Ştatları hökumətinin təşkilatımızın fəaliyyətinə dəstəyini daim hiss etmişik. Bu gün biz coğrafiyanı genişləndiririk. Artıq qeyd olundu ki, dünən təşkilatın GUAM-Polşa, GUAM-Yaponiya görüşləri kimi yeni formatları keçirilmişdir. Bu, bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən isə dünyanın aparıcı iqtisadiyyatlarından biri, Asiya qitəsidir. Təşkilatımızın coğrafiyası genişlənir. Dost ölkələrin prezidentlərinin və Avropa İttifaqının üzvü olan dövlətlərin rəhbərliyinin iştirakı - bütün bunlar çox mühüm elementlərdir. Öz strukturunu və aparatını bu yaxınlarda formalaşdırmış bir təşkilat üçün bu, çox böyük uğurdur.

Dünən biz GUAM ölkələrinin prezidentləri ilə təşkilatın indiki vəziyyəti, onun gələcəyi barədə fikir mübadiləsi apararkən hamı belə bir ümumi rəy söylədi ki, bizim aramızda nəinki bu təşkilat daxilində heç bir problemimiz yoxdur, əksinə, GUAM-ın üzvü olan ölkələr arasında çox konstruktiv, dostcasına, açıq münasibətlər yaranmışdır. Həm ikitərəfli, həm çoxtərəfli problemlərin, gərginliyin mövcud olduğu müxtəlif beynəlxalq təşkilatlarda buna heç də həmişə rast gəlinmir. Bizim təşkilat bundan azaddır. Bu, çox böyük müsbət haldır. Əminəm ki, belə möhkəm təməl, belə möhkəm zəmin üzərində, belə beynəlxalq dəstəklə biz qarşıya qoyulan məqsədlərə nail ola biləcəyik. Müstəqilliyimizi möhkəmləndirə, iqtisadiyyatı möhkəmləndirə, ölkələrimizin meyarlarını dünyanın inkişaf etmiş ölkələrinin meyarlarına yaxınlaşdıra biləcəyik. İndi biz burada, Qafqazda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün yeni qonşuluq proqramı çərçivəsində fəaliyyət göstəririk. Bu, bizə qarşıdan gələn beş il ərzində bütün istiqamətlərdə - siyasi islahatlar, demokratik proseslər, sosial məsələlərin həlli, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun azaldılması və sair baxımdan meyarlarımızı Avropa İttifaqının meyarlarına yaxınlaşdırmağa imkan verəcəkdir.

Odur ki, bugünkü zirvə görüşünün əhəmiyyəti çox böyükdür. Təşkilatın fəaliyyəti sırf coğrafi çərçivədən artıq çıxmışdır. Dediyimiz kimi, biz Xəzər dənizi, Qara dəniz və Baltik regionunun ciddi, real, siyasi, iqtisadi inteqrasiyası layihələri üzərində işləyirik. Biz həm də Xəzərin o biri tayında, dənizin şərq sahillərində yerləşən ölkələrlə də fəal əməkdaşlıq edirik. Əlbəttə ki, coğrafi cəhət bundan sonra da mühüm rol oynayacaqdır. Energetika, nəqliyyat, siyasi inteqrasiya - bütün bunlar təşkilatı çox dinamik, real edir, onun üçün böyük imkanlar açır, Əlbəttə, biz məqsədlərimizə nail olmaq üçün bütün bunlardan istifadə edəcəyik. Məqsədlərimiz isə sadə və təbiidir. Biz insanların firavan, təhlükəsiz, azad yaşayacağı və azad müstəqil ölkədə həyatın bütün gözəlliklərindən həzz alacağı müasir dövlət qurmaq istəyirik.

Bizim ölkələrimiz - GUAM-ın üzvləri çoxəsrlik tarixi boyu digər dövlətlərin tərkibində olmuşlar. Ona görə də bizim üçün azad, müstəqil olmaq ən yüksək sərvət, ən böyük dəyərdir və biz öz gündəlik fəaliyyətimizlə bunu möhkəmləndirmək üçün hər şeyi etməliyik.

Bu gün zirvə görüşünün yekunlarına əsasən, təşkilatın ümumi istiqamətini və gələcək inkişafını, niyyətlərimizi müəyyənləşdirən Bakı Bəyannaməsi qəbul ediləcəkdir. Bu, bizi narahat edən problemlərin dəqiq əksini tapdığı, ümumi yanaşmaların göstərildiyi çox ciddi sənəddir. Əlbəttə, əminəm ki, Bakı Bəyannaməsi və onun siyasi komponenti yaxın il üçün fəaliyyətimizdə çox vacib istiqamət olacaqdır. GUAM-ın sədri olan ölkə kimi Azərbaycan qarşıdakı ildə təşkilatımızı daha da möhkəmləndirməyimiz üçün öz tərəfindən mümkün olan hər şeyi edəcəkdir.

Bu gün bizi narahat edən, bizi yaxınlaşdıran məsələləri müzakirə etdik. Bütün iştirakçıların çıxışlarında gələcəyimizin tam anlaşılması, onu necə görməsi öz əksini tapmışdır. Əlbəttə, qonaqlarımızın, xüsusilə Avropa İttifaqının üzvü olan ölkələrin prezidentlərinin diqqətini həll edilməmiş, “dondurulmuş” münaqişələrə bir daha cəlb etmək istərdim. Onlar ”dondurulmuş” adlanır, lakin “dondurulmamışdır”. Bu barışıq çox kövrəkdir və istənilən an pozula bilər. Biz bu məsələnin sülh yolu ilə həllinə çalışırıq. Lakin təəssüf ki, separatçı rejimlərin və onların havadarlarının bu münaqişələri həll etmək arzularını görmürük. Əksinə, biz Gürcüstan, Moldova və Azərbaycanın tarixi torpaqlarını zorla qoparmaq və işğal faktını de-yure təsbit etmək cəhdlərini görürük. Ölkələrimiz və xalqlarımız ərazilərimizin bir hissəsinin qoparılması ilə heç vaxt razılaşmayacaqlar. Ölkələrimizin beynəlxalq aləmdə tanınmış sərhədləri heç vaxt dəyişdirilməyəcəkdir. Dünya birliyi Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Dağlıq Qarabağdakı kriminal rejimləri heç vaxt tanımayacaqdır. Biz konstruktiv yanaşma təklif edirik, dünyadakı müsbət təcrübədən istifadə olunmaqla ən yüksək özünüidarəyə malik muxtariyyət verilməsini, ölkələrimizin iştirak etdiyi inteqrasiya proseslərinə qoşulmağı təklif edirik. Təəssüf ki, biz adekvat reaksiya görmürük. Ona görə də Avropa İttifaqı-Cənubi Qafqaz “Yeni qonşuluq” proqramının həyata keçirilməsində də məhz bu cəhətə diqqəti cəlb etmək çox mühüm olardı. İlk növbədə ona görə ki, bu, ən böyük təhlükədir, Qafqazda qeyri-sabitlik təhlükəsidir. Bu - separatizm, tanınmamış kriminal rejimlər Avropanın bədənində qara ləkələrdir, burada qanunsuz əməliyyatlar aparılır, heç bir beynəlxalq monitorinq yoxdur, real şəkildə mövcud olan, lakin rəsmən sanki olmayan qanunsuz silahlı qruplaşmalar fəaliyyət göstərirlər.

Bizim çox böyük planlarımız, artıq böyük nəticələrimiz vardır. Biz Avrasiya qitəsi üçün çox mühüm transregional enerji və nəqliyyat layihələri həyata keçiririk. Biz onları təhlükəsizlik şəraitində həyata keçirməliyik. Bu, hər bir dövlətin inkişafının başlıca amilidir. İndiki halda isə təhlükə mövcuddur - separatçı rejimlərdən və onların havadarlarından gələn təhlükə. Ona görə də mən dostlarımıza, tərəfdaşlarımıza müraciət etmək istərdim. Ölkələrimizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsində biz daim onların dəstəyini hiss etmişik. Bir də onunla bağlı müraciət etmək istərdim ki, bu cəhət, bizim bu narahatlığımız nəzərə alınsın və Avropa ölkələri, bizim digər tərəfdaşlarımız bundan sonra da məsələnin həllinə kömək etsinlər, bəlkə də hətta daha cəsarətli, daha birmənalı şəkildə kömək etsinlər. İşğalçı - işğalçı adlandırılmalıdır. İşğalçıya havadarlıq edən ifşa olunmalıdır. Qeyri-qanuni hərəkətlər pislənməlidir. Yalnız bu halda məsələni həll etmək olar, çünki əgər qeyri-qanuni hərəkətə yol verən açıq məzəmmət edilmirsə, pislənmirsə, onda həmin cəzasızlıq digərini doğuracaqdır. Bu, qarşısıalınmaz proses olacaqdır.

Mən zirvə görüşünün bütün iştirakçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu iki gün ərzində Azərbaycan belə mühüm beynəlxalq hadisənin məkanına çevrildi. Dəvəti qəbul edib ölkəmizə gəldiklərinə görə prezident dostlarımın hamısına, bütün qonaqlara təşəkkür etmək istəyirəm. Ümidvaram ki, bu iki gün məsələlərin həlli baxımından, faydalı, habelə, sadəcə, insani ünsiyyət mənasında xoş oldu. Zirvə görüşündə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bizi çox yaxın, dostluq əlaqələri bağlayır və bunun özü də inteqrasiya proseslərinin inkişafı üçün əhəmiyyətlidir. Ona görə də bir daha hamıya təşəkkür etmək, ən xoş arzularımı bildirmək istəyirəm. Gələcəkdə səmərəli əməkdaşlıq ümidləri ilə diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko, Moldovanın Baş naziri Vasile Tarlev Bakı Bəyannaməsini imzaladılar.

İLHAM ƏLİYEV: İmzalama mərasimi başa çatdı. İndi GUAM-ın Sahə əməkdaşlığının inkişaf strategiyasını qəbul etmək təklif olunur. Etiraz yoxdursa, qəbul olunur. 2007-2008-ci illərdə GUAM-da Azərbaycan Respublikasının Sədrlik proqramını da qəbul etmək lazımdır. Qəbul olunur. Sonda biz GUAM-ın ikinci zirvə görüşünün rəsmi məlumatını qəbul etməliyik. Bütün bu sənədlər razılaşdırılmışdır. Bununla da zirvə görüşümüz bağlı elan olunur.

X X X

Zirvə görüşü başa çatdıqdan sonra GUAM dövlət başçılarının mətbuat konfransı keçirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb