Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
- Bugünkü iclasda biz daha çox sosial problemlərin həlli ilə məşğul oluruq. Çünki bir daha demək istəyirəm ki, bu problemlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox önəmlidir. Sosial problemlərin həlli, ümumiyyətlə, ölkənin inkişaf imkanlarını göstərir. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir və əlbəttə ki, bizim artan maddi imkanlarımız sosial məsələlərin həllinə çox müsbət təsir etmişdir. Növbəti illərdə də bu sahə diqqət mərkəzində olmalıdır. Təhsil, səhiyyə, mədəniyyət problemləri, ailə problemləri, uşaqların tərbiyəsi - bütün bu məsələlər diqqət mərkəzindədir. Bütün istiqamətlər üzrə konkret tədbirlər planı, proqramlar, icra mexanizmləri və maliyyə resursları var. Məhz bunun hesabına biz son beş ildə 2 minə yaxın məktəb tikdirə bilmişik. Yüzlərlə tibb, mədəniyyət ocaqlarının tikintisi, təmiri - bütün bunlar, əlbəttə ki, maliyyə resursları tələb edir. Eyni zamanda, siyasi iradə tələb edir. Azərbaycanda bu istiqamətdə görülmüş işlər onu göstərir ki, sosial məsələlər, sözün əsl mənasında, bizim üçün prioritetdir.

Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmişdir. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Əlbəttə ki, dünyada gedən qloballaşma prosesləri bizdən də yan keçmir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır.

Biz növbəti aylar ərzində bütün istiqamətlər üzrə işlərimizi çox fəal şəkildə davam etdirəcəyik. Bütün infrastruktur layihələri icra olunur. Dövlət investisiya proqramı xətti ilə aparılan işlər bu il və növbəti illərdə Azərbaycanda infrastruktur layhələrinin yaranmasına xidmət göstərəcəkdir. Artıq Azərbaycan cəmiyyəti də açıq-aydın görür ki, bunun nə dərəcədə böyük əhəmiyyəti var. İnfrastruktur layihələri biznes imkanlarını genişləndirir, insanların normal yaşamasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir və ölkəmizdə aparılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinə də böyük dəstəkdir.

Növbəti aylarda yol tikintisinə diqqət göstərilməlidir və bütün layihələr icra olunmalıdır. İndi bütün istiqamətlərdə yol tikintisi geniş vüsət alıbdır - həm magistral, həm şəhərlərarası yollar, həm də kənd yolları. Demək olar ki, indi əsas nəqliyyat istiqamətləri yaradılır və resurs mənbələri də mövcuddur. Bəzi hallarda daxili imkanlar, büdcə hesabına, bəzi hallarda kreditlər hesabına.

Onu da qeyd etmək istəyirəm ki, indi dünyada maliyyə resurslarının çox azalmasına və banklarda likvidliyin çox ciddi problemə çevrilməsinə baxmayaraq, yenə də Azərbaycana kreditlərin verilməsində heç bir problem görmürük. Beynəlxalq maliyyə qurumları, kommersiya bankları Azərbaycana çox böyük həvəslə və məmnuniyyətlə kreditlərin verilməsini təklif edirlər. Mən hesab edirəm ki, biz bu imkanlardan imtina etməməliyik. Çünki infrastruktur layihələrinin həyata keçirilməsi üçün müxtəlif mənbələrdən maliyyə resursları cəlb olunmalıdır.

Elektroenergetika sahəsində, demək olar ki, son beş ildə əsas problemlər öz həllini tapdı. Çoxsaylı elektrik stansiyalarının tikintisi, elektrik xətlərinin və yardımçı stansiyaların tikintisi bu sahədə vəziyyəti tamamilə yeni müstəviyə qoydu. Hazırda Azərbaycanın 5000 meqavatdan çox ehtiyat enerji gücü var ki, biz ondan bu gün istifadə etmirik. Çünki buna ehtiyac yoxdur. İndi Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilibdir. Əvvəllər biz məcbur olub xaricdən elektrik enerjisini alırdıq, buna böyük vəsait gedirdi. Ancaq indi biz elektrik enerjisini ixrac edirik. Hazırda tikilən Sumqayıt elektrik stansiyası, “Cənub” elektrik stansiyası və Quba elektrik stansiyasının ümumi istehsal gücü 1500 meqavata yaxın olacaqdır. Yəni bütün bunlar həm Azərbaycanın uzunmüddətli inkişafına dəstək olacaq, - çünki bizim iqtisadiyyatımız artıb, tələbat da artıb, - həm də ixrac imkanlarımızı da xeyli dərəcədə genişləndirəcəkdir.

İndi bölgədə Azərbaycanın elektrik enerjisinə olan tələbatı artır. Biz Xəzər hövzəsində yerləşən ölkələr arasında bəlkə də, ən az neft-qaz hasil edən ölkəyik. Ancaq buna baxmayaraq, uğurlu islahatlar və düşünülmüş enerji siyasəti nəticəsində indi biz qonşu ölkələrə həm neft, həm qaz, həm də elektrik enerjisi ixrac edirik. Bu tələbat getdikcə artır. İndi təkcə şimal, cənub, qərb istiqamətlərində deyil, eyni zamanda, Naxçıvan Muxtar Respublikasından qonşu ölkələrə elektrik enerjisi ixrac edilir. Vaxtilə işığın, qazın olmamasından əziyyət çəkən, qışda soyuqdan əziyyət çəkən Naxçıvan indi özünü tam şəkildə həm qazla, həm elektrik enerjisi ilə təmin edir. Görülən tədbirlər, işlər nəticəsində artıq elektrik enerjisini qonşu ölkələrə ixrac edir və beləliklə, əlavə maddi imkanlar əldə edir.

Energetika sektorunda görülən işlər sayəsində, eyni zamanda, bu gün biz Azərbaycanda qazlaşdırmanın səviyyəsini 85 faizə çatdırmışıq. Halbuki, bizdən qat-qat çox qaz hasil və ixrac edən ölkələrdə bu səviyyə daha aşağıdır.

Növbəti illərdə, Azərbaycanda, - bu, Dövlət proqramında da öz əksini tapıb, - içməli su, meliorasiya, suvarma və kanalizasiya problemləri həll edilməlidir. Yəni, tam həll olunmalıdır. Bunu etmək üçün bütün imkanlar var. Əvvəllər başladığımız layihələr icra olunur, Oğuz-Qəbələ-Bakı su kəməri tikilməkdədir, onun böyük hissəsi artıq tikilibdir. Samur-Abşeron kanalında iş gedir, Taxtakörpü su anbarı tikilir, digər lazımi tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Kür-Araz boyu yerləşən kəndlərin su ilə, yəni Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə içməli su ilə təmin olunması prosesi gedir. Əvvəllər bulanıq sudan istifadə edən yüz minlərlə soydaşlarımız indi ən təmiz su alırlar. Bütün proqramın icrası nəticəsində 800 minə yaxın əhali təmiz içməli su ilə təmin olunacaqdır. Bu istiqamətdə əgər hansısa əlavə tədbirlər görmək lazımdırsa, bu məsələ də qaldırılsın. Su probleminin həlli işində biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik. Düzdür, bu layihənin icrası məncə çox gecikibdir. Son beş il ərzində biz bu barədə danışırıq. Bəlkə də bundan əvvəl də bu məsələ müzakirə olunurdu. Ancaq 2003-cü ildən sonra ki, mən bu işlərlə bilavasitə məşğulam, bu haqda məlumatlar eşdirəm - o layihə hazırlanır, bu layihə hazırlanır, Dünya Bankı ilə bu məsələ razılaşdırılmalıdır, o məsələ razılaşdırılmalıdır. Bu vaxt ərzində biz böyük əhəmiyyətli layihələri icra etmişik. Yenə də deyirəm ki, yüz minlərlə əhaliyə təmiz su vermişik. Oğuz-Qəbələ-Bakı kəməri kimi nəhəng layihəni icra etməyə başlamışıq, bu layihənin əhəmiyyəti neft-qaz kəmərlərindən heç də az deyil və texniki məsələlər də təxminən eynidir. Necə ola bilər ki, biz öz imkanımız hesabına qısa müddət ərzində bu layihələri icra edə bilmişik, amma Dünya Bankı ilə ən azı 5 il ərzində davam edən razılaşmalar, danışıqlar heç bir nəticə vermir. Mənə vaxtaşırı məruzələr edilir ki, o məsələ razılaşdırıldı, bu məsələ razılaşdırıldı. Ola bilər, amma mən nəticə gözləyirəm. Bizim tərəfimizdən görülən bütün işlər çox operativ şəkildə icra olunur. Məsələ təhlil olunur, qərar qəbul edilir, icra mexanizmləri, maliyyə resursları təmin olunur, vaxtlı-vaxtında icra edilir. Kim icra etmirsə, cəzalandırılır.

Eyni vəziyyəti biz elektrik energetikası sahəsində də görürük. 2005-ci ildə Sumqayıtda 500 meqavat gücündə elektrik stansiyasının təməli qoyuldu. İndi 2009-cu ildir. Stansiya hələ tikilməyibdir. Nəyə görə? Çünki yenə də bu stansiyanın tikintisində biz həm maliyyə qurumlarından asılıydıq, xarici podratçıdan asılıydıq və beləliklə də, bu proses yubanır. Bu, bizə lazımdır. Xarici podratçı onu 1 il də uzada bilər, 2 il də uzada bilər. Biz bu məsələyə aydınlıq gətirməliyik. Mən bir daha demək istəyirəm ki, xarici maliyyə qurumları ilə biz işimizi qurmuşuq, Azərbaycan etibarlı tərəfdaşdır. Baxmayaraq ki, öz maliyyə imkanlarımız kifayət qədərdir, biz kreditlərdən istifadə etməliyik. Amma elə olmamalıdır ki, ölkə üçün lazım olan, təxirəsalınmaz layihələr illərlə uzansın və hər dəfə mən məruzələri və müxtəlif izahatları eşidim. Xahiş edirəm, bu məsələyə ciddi diqqət göstərilsin və qısa müddət ərzində Azərbaycan rayonlarının hamısını əhatə edən və rayonların su problemlərini həll edən layihələr başlanmalıdır.

Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq. Aqroservislər yaradılır. Bildiyiniz kimi, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum verilir, subsidiyalar verilir. Xüsusilə buğda əkən fermerlərə hər hektara 80 manat vəsait verilir. Bunun hesabına biz son illər ərzində ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik.

Bu gün Azərbaycanda istehlak olunan məhsulların tam əksəriyyəti, yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu böyük nailiyyətdir, həm ölkədə biznesin, sahibkarlığın inkişafına, regionların inkişafına böyük xidmət göstərir, eyni zamanda, biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik.

Hesab edirəm ki, növbəti bir-iki il ərzində görüləcək əlavə tədbirlər hesabına biz taxıl istehsalında da tam şəkildə özümüzü təmin etməliyik. Özəl sektorun bu işlərdə fəaliyyətinə çox böyük ehtiyac var. Azərbaycan dövləti bundan sonra da çalışacaq ki, özəl sektorun inkişafına həm siyasi, həm mənəvi, həm maddi dəstək versin. Keçən illərdə hər il 80 milyon manat məbləğində güzəştli kreditlər verilirdi. Bu il kreditlərin məbləği 130 milyon manat olacaqdır. Baxmayaraq ki, neftin qiymətinin düşməsi ilə əlaqədar maliyyə imkanlarımız nisbətən azalıb, ancaq kreditlərin verilməsi təxminən 70-80 faiz artmışdır. Nəyin hesabına? 80 milyon manat ənənəvi məbləğdir ki, dövlət büdcəsindən ayrılır. Əlavə 50 milyon manat isə əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına əldə edilir. Bu da çox müsbət haldır, yəni fermerlər, sahibkarlar o kreditləri vaxtlı-vaxtında qaytarırlar. Bu isə həm dövlətin imkanlarını genişləndirir, eyni zamanda, qaytarılan vəsait yenə də sahibkarlığın inkişafına yönəldilir. Yəni biz o vəsaitdən hansısa başqa məqsədlər üçün yox, yalnız sahibkarlığın inkişafı üçün istifadə edirik. Növbəti illərdə, əlbəttə ki, daha da böyük həcmdə vəsaitlər qayıtdıqca, bu istiqamətə yönəldilmiş kreditlər daha da artacaqdır.

Hesab edirəm ki, əgər bölgənin mənzərəsinə nəzər salsaq və böhranlı vəziyyəti nəzərə alsaq, bizim xüsusilə böyük, təqdirəlayiq nailiyyətimiz ondan ibarətdir ki, milli valyutamızın məzənnəsi sabit olaraq qalır. Demək olar ki, bütün qonşu ölkələrdə, postsovet məkanında, Şərqi və Mərkəzi Avropada milli valyutalar çox böyük dərəcədə tənəzzülə uğrayıbdır: haradasa 10 faiz, haradasa 30 faiz, haradasa 50 faiz. Beləliklə, o ölkələrin iqtisadiyyatına çox böyük zərbə dəymişdir. Düzdür, bəzi hallarda ixracın təşviqi üçün bu, müsbət hal kimi qiymətləndirilir. Ancaq biz adi insanların vəziyyətini nəzərə almalıyıq. 50 faiz ucuzlaşan milli valyuta o deməkdir ki, hər bir vətəndaş 50 faiz kasıblaşıbdır.

Əgər əvvəllər müəyyən qiymətə istehlak mallarını ala bilirdisə, indi o imkanlar 50 faiz azalıbdır. Siz də yaxşı bilirsiniz ki, Azərbaycanda da müxtəlif dairələr tərəfindən ortaya atılmış şayiələr gəzirdi ki, manat devalvasiyaya uğrayacaq, manatın məzənnəsi düşəcək və guya ki, bu referendumdan sonra baş verəcəkdir. Birincisi, onu demək istəyirəm ki, referendumun bizim iqtisadi, yaxud da siyasi addımlarımıza, xarici siyasətimizə heç bir aidiyyəti yoxdur. Heç vaxt biz hansısa siyasi niyyət, yaxud da seçkilər naminə nə populist vədlər vermişik, nə addımlar atmışıq. Bizim üstünlüyümüz məhz ondadır ki, heç vaxt yalançı vədlər verməmişik və nəyi demişiksə, onu da etmişik.

O vaxt, mart ayında da mən bu barədə öz fikirlərimi söyləmişdim ki, manatın məzənnəsi sabit olaraq qalacaqdır. Bu gün artıq hər kəs onu görür ki, həqiqətən, Azərbaycan manatının məzənnəsi sabitdir, güclü milli valyutamız var. Biz manatı sabit saxlamaqla, ilk növbədə, insanların həyat səviyyəsini düşünürük. Elə edirik ki, Azərbaycan xalqı bu böhrandan əziyyət çəkməsin.

Onu da qeyd etmək istəyirəm ki, büdcədən maliyyələşən təşkilatlarda işləyən vətəndaşlar, bəlkə də, bu böhrandan hansısa daha da üstünlüklər əldə ediblər. Çünki milli valyuta sabitdir, maaşlar, pensiyalar vaxtlı-vaxtında verilir, istehlak qiymətləri də aşağı düşür. Bu gün bizdə inflyasiya müşahidə olunur, bu da xoşagələn hal deyildir. Yəqin ki, biz müəyyən addımlarla imkan verə bilmərik ki, Azərbaycanda böyük dərəcədə inflyasiya baş versin. Çünki, bu, ümumi iqtisadi potensialımıza mənfi təsir göstərir. Ancaq, eyni zamanda, ərzaq məhsullarının, tikinti məhsullarının qiymətinin aşağı düşməsi Azərbaycanda sosial məsələlərin, sosial rifahın həll olunmasına, yüksəlməsinə müsbət təsir göstərir.

O ki qaldı böhrandan əziyyət çəkən müəssisələrə və şirkətlərə, əlbəttə ki, Azərbaycan dövləti onları darda qoymamalıdır, biz onları dəstəkləməliyik. Xüsusilə böyük müəssisələrə dövlət dəstəyi verilməlidir. Bu gün dünyada yaranmış vəziyyətlə əlaqədar dünyada alıcılıq qabiliyyəti aşağı düşür, istehsal sahələri dayanır, beləliklə, bəzi məhsulların ixracında bizim müəyyən problemlərimiz var. Misal üçün, indi alüminiumun istehsalı üçün sərf olunan vəsait, yəni maya dəyəri satış qiymətindən yuxarıdır. Belə vəziyyətdə zavodun fəaliyyəti tam zərərlidir. Ona görə elə etməliyik ki, alüminium sahəsində, metallurgiya sahəsində, kimya sahəsində bizdən asılı olmayan səbəblər üzündən yaranmış çətinliklər aradan qaldırılsın, orada işləyən insanlar, fəhlələr əmək haqlarını bir neçə ay ərzində alsınlar. Yəni, Azərbaycan dövləti öz yardımını göstərməlidir ki, insanlar əziyyət çəkməsinlər.

Əlbəttə ki, bu böhranlı durum başa çatandan sonra, - böhran əbədi hökm sürə bilməz, - qiymətlər, əlbəttə ki, qalxacaq, o zaman biz bütün strateji müəssisələrimizi, xüsusilə böyük müəssisələri daha da böyük səmərə ilə işlədəcəyik. Eyni zamanda, Azərbaycanda bu gün yeni sənaye müəssisələrinin yaradılması üçün dövlət öz köməyini göstərməlidir. Çünki biz elə fikirləşməməliyik ki, bu gün böhrandı, gəlin hər şeyi dayandıraq, müəssisələr tikməyək, kreditlər verməyək. Böhran qurtaracaq, başa çatacaq, ancaq biz bu müddətdə fəal olmalıyıq, bu ayları, illəri itirməməliyik.

Qeyd etdiyim kimi, regionların və bütövlükdə ölkə iqtisadiyyatının gələcəyi üçün qəbul edilmiş növbəti beşillik proqram icra olunmağa başlamışdır. Biz çalışmışıq ki, proqramda bütün məsələlər əhatə olunsun, nəzərə alınsın. Ancaq əvvəlki proqramın icrası onu göstərir ki, bütün məsələləri nəzərə almaq çətindir. Əgər əvvəlki proqramın ilkin və sonuncu variantına baxsaq görərik ki, ona edilən əlavələr, bəlkə də, proqramda əvvəl nəzərdə tutulmuş tədbirlərdən daha da üstündür. Yəni həyat davam edir, yerində durmur. Ona görə də qəbul edilmiş bu proqram bir istiqamətdir, düzdür, orada icra mexanizmləri də, maliyyə resursları da var. Amma lazım gələndə, biz bu proqrama əlavələr də edəcəyik.

Azərbaycan enerji təhlükəsizliyi sahəsində qarşıda duran bütün vəzifələri icra edibdir. Biz enerji təhlükəsizliyi baxımından özümüzü tam arxayın hiss edirik. Azərbaycan nefti, qazı və elektrik enerjisi müxtəlif istiqamətlərdə dünya bazarlarına ixrac edilir. Nə qədər çox istiqamət olarsa, bizim üçün o qədər də yaxşıdır. Bizim təşəbbüsümüzlə bölgədə həyata keçirilmiş transmilli layihələr uğurla fəaliyyət göstərir. Azərbaycanın enerji resurslarına həm bölgədə, həm qonşu ölkələrdə, həm də dünyada böyük ehtiyac var və tələbat artır. Bəzi hallarda tələbat artdıqca, maraq da artır. Maraq artdıqca, Azərbaycanın ətrafında gedən rəqabət də artır. Bütün bunlar reallıqlardır.

Biz bu vəziyyəti özümüz yaratmışıq ki, indi enerji əməkdaşlığı sahəsində Azərbaycan çox önəmli ölkəyə çevrilmişdir. İstehlakçılar üçün ölkəmizin enerji resursları daha vacibdir ki, nəinki bizim üçün yeni bazarlar. Çünki biz, bir daha demək istəyirəm ki, bu istiqamətdə öz düşünülmüş siyasətimizlə tam şəkildə şaxələndirməyə nail ola bilmişik. Azərbaycanın nefti də, qazı da müxtəlif istiqamətlərdə ixrac edilir, dəyişdirilir. Nə qədər çox bazarımız olarsa, bizim üçün bir o qədər sərfəlidir, əlverişlidir.

Azərbaycan bütün dövrlərdə öz enerji siyasətini çox açıq, aydın şəkildə aparıbdır. Bu siyasət, ilk növbədə, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Biz məsələyə yalnız bu nöqteyi-nəzərdən yanaşırıq. Eyni zamanda, xarici tərəfdaşlar üçün də Azərbaycan həmişə çox etibarlı tərəfdaş olubdur. İmzaladığımız bütün anlaşmalar, bütün müqavilələr bizim tərəfimizdən tam dəqiqliyi ilə icra olunur. Bir dəfə də elə hal olmayıb ki, biz hansısa müqaviləyə əlavələr təklif edək. Çünki, əlbəttə ki, indi Azərbaycan zəngin ölkəyə çevrilir və biz öz imkanlarımızı müxtəlif istiqamətlərdə təmin edirik. Ancaq Azərbaycan dövləti və dövlət qurumları bütün tərəfdaşlarla - həm yerli şirkətlərlə, həm də xarici şirkətlərlə həmişə çox etibarlı tərəfdaş kimi davranmalıdır. Bu, bizə olan inamı daha da artırır. Məhz bunun nəticəsində Azərbaycanın enerji potensialına bu gün tələbat var. Çünki hamı bilir ki, həm resurslar var, həm nəqliyyat imkanlarımız var, həm də ki, Azərbaycana inanırlar, bizim sözümüzə inanırlar. Bizim sözümüz də imzamız qədər dəyərlidir. Növbəti aylarda, illərdə enerji təhlükəsizliyi və enerji əməkdaşlığı istiqamətində Azərbaycan özünə sərf edən addımları atacaqdır.

Bir daha demək istəyirəm ki, bölgənin və Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün bizim imkanlarımız da var, iradəmiz də var. Qarşılıqlı surətdə faydalı əməkdaşlığın dərinləşməsi bizə də və tərəfdaşlarımıza da lazımdır.

Bu gün mən bir daha ekoloji tədbirlər haqqında bir neçə kəlmə demək istəyirəm. Bu sahəyə çox böyük diqqət göstərilir və bu da təbiidir. Bu, elə sahədir ki, buraya qoyulan vəsaiti, bəlkə də, Azərbaycan iqtisadiyyatı da, vətəndaşları da görmürlər. Amma bunu həm indiki nəsillər, həm də gələcək nəsillər görəcəklər. Çünki ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir. Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, nəticəni, bir daha demək istəyirəm ki, gələcək nəsillər görəcəkdir. Bir neçə il bundan əvvəl qəbul edilmiş böyük ekoloji proqram icra olunur. Hesab edirəm ki, bu proqrama müəyyən əlavələr də edilməlidir. Artıq bu əlavələr edilir. Qeyd etdiyim kimi, proqram qəbul ediləndə çay sularının təmizlənməsi layihələri yox idi, bu vaxta qədər görülmüş digər tədbirlər də nəzərdə tutulmurdu. Hesab edirəm ki, bu proqramın icrası ilə bağlı əlavə tədbirlər də görülməlidir. Nəzarət gücləndirilməlidir və bütün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, biz xüsusilə ağacların əkilməsi işində daha da fəal olmalıyıq. Bu yaxınlarda mənə məruzə edildi, artıq Bakının və ətraf qəsəbələrin ekoloji xəritəsi də hazırlandı. Bir neçə, 10-dan çox yer müəyyən edildi ki, orada kütləvi şəkildə ağacların əkilməsi nəzərdə tutulur. Mən bu layihəni dəstəklədim, onu bəyəndim. Nazir tərəfindən mənə edilən məruzəni bəyənirəm və hesab edirəm ki, biz dərhal bu işlərə başlamalıyıq. Məqsəd qoyuram ki, qısa müddət ərzində Bakıda və Bakının ətrafında ən azı 3 milyon ağac əkilməlidir. Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verirəm ki, təkliflər planı hazırlayıb, o ekoloji xəritəni təsdiq etmək lazımdır.

Bütün bu proqramın icrası üçün, konkret tədbirlər planı hazırlanmalıdır. Burada, əlbəttə ki, həm texniki, həm də maliyyə məsələləri həll olunmalıdır. Ağacların müasir texnologiyaya uyğun şəkildə suvarılması, qorunması, onlara xidmətin göstərilməsi - bütün bu işlər kompleks şəkildə görülməlidir. Beləliklə, biz Bakıda və Abşeron yarımadasında ekoloji sağlamlıq üçün çox böyük, bəlkə də, tarixi bir iş görəcəyik. Yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik.

Bir məsələyə də toxunmaq istəyirəm. Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olubdur. Mən Hacıbala Abutalıbova göstərişlər vermişdim. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər, əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud da ki, hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün, məsələnin həlli üçün əgər bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər. Özü də maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneçilik törədən ağaclar məhv edilməsin. İndi xüsusi maşınlar da alınıbdır. Bu maşınların alınmasına böyük vəsait ayrılıbdır. Bu maşınlarla ağacı kökü ilə bərabər çıxarıb başqa yerdə əkmək mümkündür. Düzdür, bütün ağacları bu yolla biz başqa yerdə əkə bilmərik. Çünki bütün ağaclara bunu tətbiq eləmək çətindir. Əgər hansısa bir dövlət əhəmiyyətli iş ilə, layihəsi ilə əlaqədar ağaclar kəsilməlidirsə, bir kəsilən ağac əvəzinə on ağac əkilməlidir və buna nəzarət olmalıdır. Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də şəhər, rayon icra hakimiyyətləri bu işlərdə ciddi dönüş etməlidir. Bu, son xəbərdarlıqdır. Əgər bundan sonra da mən eşidəm, biləm ki, haradasa, hansısa iş adamı, yaxud da, vəzifəli şəxs və ya başqa hansısa adam gedib yeri hasarlayıb, ağacları kəsib özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhərisi gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaqdır.

Biz həmişə maliyyə intizamının möhkəmlənməsinə fikir vermişik. İndiki şəraitdə bunun daha da böyük əhəmiyyəti var. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi istər-istəməz bizim maddi imkanlarımızı məhdudlaşdırır. Düzdür, biz başqa imkanları işə salmaqla, qeyd etdiyim kimi, iqtisadiyyatın digər sahələri hesabına o boşluğu doldurmağa çalışırıq. Amma bunu etmək, əlbəttə ki, çətin olacaqdır. Ona görə maliyyə intizamı, maliyyə resurslarının xərclənməsinə nəzarət - bu, həmişə diqqət mərkəzində olmalıdır, indi, isə buna daha da böyük ehtiyac var.

Ancaq bununla bərabər, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkədir və əlbəttə ki, dünyada gedən proseslər bizdən yan keçə bilməz. Buna baxmayaraq, zaman göstərib və sübut edibdir ki, biz böhranlı durumda da normal yaşaya, inkişaf edə bilərik. Bizim bütün gördüyümüz işlər bir daha onu göstərir ki, artıq bu gün Azərbaycanda dayanıqlı inkişaf üçün möhkəm əsaslar var.

Bu böhran bir daha göstərdi ki, kim nəyə qadirdir, hansı ölkə hansı imkanlara malikdir. Normal durumda hesab oluna bilər ki, bu ölkə də, o ölkə də uğurlu inkişaf edir. Amma böhranlı günlərdə bilinir ki, kim nəyə qadirdir. Bizim ətrafımızda yerləşən ölkələr faktik olaraq dilənçi vəziyyətinə düşüblər, gedirlər oradan-buradan pul xahiş edirlər. Xarici maliyyə yardımı olmadan o ölkələr yaşaya bilmir. Onlar, əslində, həmişə başqalarının hesabına yaşamışlar və buna alışmışlar. Ancaq bu vəziyyət çox çəkə bilməz.

Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir, Azərbaycan xalqının istedadına, imkanlarına, Azərbaycan iqtisadiyyatının gücünə, öz siyasi gücünə arxalanır, bölgədə əldə edilmiş mövqelərə və müstəqil siyasətə arxalanır. Bu yol uğurlar yoludur, bu yol artıq bütün dünyaya, xüsusilə bölgədə yerləşən ölkələrə sübut edib ki, bu yolla gedən ölkələr həmişə uğur qazanacaq, bu yolla gedən insanların həmişə üzü ağ, alnı açıq olacaqdır.

Mən növbəti aylar ərzində hamıdan fəal işlər tələb edirəm. Hesab edirəm ki, növbəti aylarda və ilin sonuna qədər biz nəzərdə tutulmuş bütün məsələləri həll edəcəyik, doğma vətənimizi daha da möhkəmləndirəcəyik. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının şagirdləri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub