Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli zabitlər!

Sizi qarşıdan gələn Azərbaycan Polisi günü münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan polisi çox mühüm funksiyanı icra edir. Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir. Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Daxildə gedən mənfi proseslər, ölkəmizi bürümüş xaos və anarxiya Azərbaycanı faktiki olaraq uçuruma aparırdı. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz və onun acı nəticələri Azərbaycanda vəziyyəti daha da gərginləşdirirdi. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, müharibənin ilk illərində Azərbaycan polisi ilk zərbəni öz üzərinə götürmüşdü. Çünki o vaxt Azərbaycanda milli ordu yox idi və cəbhədə polis qüvvələri vuruşurdu, döyüşürdü, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlər verirdi. Minə yaxın polis işçisi şəhid, yüzlərlə əməkdaş əlil olmuşdur.

Ondan sonrakı dövrdə Azərbaycanda böhranın nəticələrini aradan qaldırmaq üçün böyük səylər göstərildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana qayıdışı və onun rəhbərliyi altında aparılan islahatlar, sabitliyə yönəlmiş siyasət Azərbaycanı o çətin vəziyyətdən çıxardı və ölkəmiz inamla inkişaf etməyə başladı.

Ancaq buna baxmayaraq, yenə də təhlükələr mövcud idi. Azərbaycan çox qısa müddət ərzində çox böyük problemlərlə üzləşmişdi. Hərbi çevrilişlərə cəhdlər, sui-qəsd cəhdləri, digər xoşagəlməz hadisələr baş vermişdi. Ancaq Azərbaycan dövləti öz iradəsinə əsaslanaraq, xalqın dəstəyinə əsaslanaraq bütün bu çətin vəziyyətdən şərəflə çıxdı, Azərbaycan xalqı öz lideri ətrafında birləşdi və ölkədə sabitlik, ictimai asayiş bərpa olundu. Əgər biz Azərbaycanın iqtisadi inkişafına nəzər salsaq görərik ki, məhz Azərbaycanda sabitlik bərpa olunandan sonra ölkədə bu sahədə dönüş başladı.

1996-cı ildən başlayaraq bu günə qədər ölkəmiz uğurla inkişaf edir, iqtisadi potensialını gücləndirir, bölgədə öz gücünü artırır, möhkəmləndirir. Bu gün bizim bölgədəki mövqelərimiz çox möhkəmdir. Hər bir ölkə üçün və xüsusilə keçid dövrünü yaşayan ölkələr üçün sabitlik, asayiş inkişafın başlıca şərtləridir. Bu, böyük sərvətdir, böyük nemətdir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin bizə əmanət etdiyi sərvətdir. Biz bunu qorumalıyıq və qoruyacağıq.

Mən çox şadam ki, son müddət ərzində, prezident seçkilərindən keçən dövr ərzində Azərbaycanda sabitlik daha da möhkəmlənmişdir. Azərbaycanda qayda-qanun hökm sürür və bütün qanunlar işləyir, ölkə normal inkişaf edir. Biz Azərbaycan xalqının normal yaşaması üçün əlimizdən gələni etməliyik, bütün vasitələrlə ölkəmizdə sabitliyi qorumalıyıq, onu möhkəmləndirməliyik. Mən şübhə etmirəm ki, Azərbaycan polisi bundan sonra da sabitliyin, asayişin keşiyində duracaq və Azərbaycan xalqı rahat yaşayacaq, inkişaf edəcəkdir.

Bizim böyük planlarımız, layihələrimiz var. Azərbaycan artıq inamla inkişaf edir, ölkədə islahatlar aparılır, yeni iş yerləri açılır, ölkə iqtisadiyyatı böyük sürətlə artır, vəziyyət günü-gündən yaxşılaşır. Problemlər də çoxdur - işsizlik, yoxsulluq, digər problemlər. Biz bunları da bilirik. Amma bunlar həll edilir və həll olunacaqdır. Nəzərdə tutulmuş proqramlar icra edilir və mən şübhə etmirəm ki, yaxın gələcəkdə Azərbaycan çox zəngin, qüdrətli ölkəyə çevriləcəkdir.

Polisə qayğı bütün dövrlərdə çox yüksək səviyyədə olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu sahəyə daim diqqət göstərirdi. Siz bunu yaxşı bilirsiniz. Həmin siyasət bu gün də davam etdirilir. Bir il bundan əvvəl polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün Dövlət Proqramı qəbul edilibdir və icra olunur. Maaşlar iki dəfə qaldırılıbdır və gələcəkdə də qaldırılması nəzərdə tutulur. Biz bunu edəcəyik.

Polis orqanlarının maddi-texniki bazası güclənir. Lazım olan avadanlıq, xüsusi vasitələr, avtomaşınlar alınır və proqramda nəzərdə tutulmuş bütün tədbirlər görüləcəkdir. Yəni dövlət tərəfindən bundan sonra da qayğı göstəriləcək və əminəm ki, polisin maddi-texniki bazası möhkəmlənəcək və dünya standartlarına cavab verəcəkdir.

Ümumiyyətlə, biz özümüzü MDB-nin digər ölkələri ilə müqayisə etsək görərik ki, Azərbaycanda kriminogen durum daha yaxşıdır. Azərbaycanda cinayətkarlığa qarşı mübarizə aparılır və öz nəticələrini verir. Ölkəmizdə sabitlik var, asayiş var. Azərbaycana gələn müxtəlif qonaqlar dəfələrlə bəyan edirlər ki, Bakıda, Azərbaycanda gün ərzində, istənilən vaxtda - səhər, axşam, gecə insanlar sərbəst şəkildə küçələrə çıxır, rahat yaşayırlar. Başqa şəhərlərlə müqayisə etsək görərik ki, heç də hər yerdə belə deyildir. Bəzi böyük şəhərlər var ki, insanlar axşam saat 9-dan sonra evdən çıxmağa qorxurlar. Azərbaycandakı vəziyyət həqiqətən böyük nailiyyətdir. Bəlkə də biz buna gündəlik həyatda fikir vermirik, yaxud da artıq bu vəziyyətə öyrəşmişik. Amma həqiqətən başqa ölkələrdə, böyük şəhərlərdə kriminogen durum çox ağırdır. Bizim xoşbəxtliyimizdir ki, Azərbaycan xalqı öz doğma Vətənində, torpağında rahat yaşayır, özünü çox rahat hiss edir. Əlbəttə ki, polis orqanlarının bu işdə əməyi çox mühümdür.

Nöqsanlar da var. Biz onları da bilirik. Bu nöqsanlarla ciddi mübarizə aparılır və aparılmalıdır. Mənə verilən məlumata görə, son beş il ərzində 2 minə yaxın polis işçisi qeyri-qanuni hərəkətlərinə görə orqanlardan xaric edilmişdir. Onların bir hissəsi intizam, digərləri cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu təmizləmə işlərinin davam etdirilməsi zəruridir. Biz daxili işlər orqanlarını cinayətkar ünsürlərdən təmizləməliyik və xalq da bunu görməlidir. Polis xalqın məhəbbətini qazanmalıdır və polisə hörmət daha da artmalıdır. Bu hörmət nəyin hesabına yaranır, biz onu da bilirik. İlk növbədə, polisin öz vəzifə borclarını şərəflə yerinə yetirməsi ilə. Bu, bütövlükdə Azərbaycanda var və biz bunu görürük. Digər tərəfdən, xalqa münasibət, mədəni, mülayim olmalıdır. Kobudluğa, mədəniyyətsiz hərəkətlərə yol verilməməlidir. Əsassız yoxlamalara, yaxud hansısa başqa mənfi əməllərə yol verilməməlidir. Bu məsələyə çox diqqətlə yanaşmaq lazımdır.

Azərbaycan bu gün öz inkişaf dövrünü yaşayır. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini davam etdirir. Biz dünyada mövcud olan müsbət təcrübəni Azərbaycanda tətbiq edirik və edəcəyik. Bu müsbət təcrübə, o cümlədən Avropa ölkələrində asayişi qoruyan qurumlarda olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır.

Azərbaycanın coğrafi vəziyyəti, bölgədəki mövqeləri, bizim zəngin təbii ehtiyatlarımız respublikamızı çox cəlbedici ölkəyə çeviribdir. Əlbəttə, bizim dostlarımız çoxdur və dost ölkələrlə sıx əməkdaşlıq edirik, öz potensialımızı gücləndiririk. Amma onu da bilirik ki, bizi istəməyən qüvvələr də az deyil. İlk növbədə, dünyada mövcud olan erməni lobbisi bu gün Azərbaycana qarşı çox böyük və çirkin kampaniya aparır. Bu, həmişə belə olubdur. Biz bunu bütün dövrlərdə hiss etmişik. Amma bu gün görürük və hiss edirik ki, bu kampaniya daha da kəskinləşibdir. Bunun da səbəbləri var. Əsas səbəblər odur ki, Ermənistanla müqayisədə Azərbaycan çox sürətlə inkişaf edir, öz iqtisadi və hərbi potensialını gücləndirir. Ölkəmizdə gedən proseslər - demokratikləşmə prosesləri, Avropa strukturlarına inteqrasiya siyasəti, Azərbaycanda həyata keçirilən nəhəng transmilli layihələr, əlbəttə ki, bizim düşmənlərimizi çox narahat edir.

Dünya erməni lobbisi bu gün Azərbaycana müharibə elan edibdir. Bütün vasitələrdən istifadə edirlər ki, Azərbaycanı ləkələsinlər, Azərbaycan haqqında dünyada mənfi imic yaratsınlar. Bunun da səbəbi aydındır. Çünki bütün başqa sahələrdə Ermənistan Azərbaycanın qarşısında çox aciz görünür. Bizim iqtisadiyyatımız sürətlə inkişaf edir, hərbi potensialımız güclənir, bölgədəki mövqelərimiz möhkəmlənir. Regional əməkdaşlıq müstəvisində Azərbaycan çox önəmli ölkəyə çevrilir. Bizim enerji layihələrimiz, nəqliyyat layihələrimiz - bütün bu amillər Ermənistanı və onun dünyadakı havadarlarını çox narahat edir. Ona görə bu gün yeni mövzular ortaya çıxır, Azərbaycana qarşı kampaniyanın yeni məqamları üzə çıxır: Azərbaycanı dünya ictimaiyyətinə çox mənfi şəkildə təqdim etmək, Azərbaycan haqqında olmazın uydurmalar yaymaq və Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək. Məqsəd də aydındır - sabah desinlər ki, Azərbaycanda demokratiya yoxdur, Azərbaycanda insan haqları pozulur və belə olan halda Dağlıq Qarabağın erməniləri Azərbaycanın tərkibində yaşaya bilməzlər.

Bu kampaniya geniş vüsət alıb, ona müxtəlif dairələr qoşulubdur. Bəzi mətbuat orqanları da bu kampaniyada iştirak edirlər. Erməni lobbisinin himayəsində olan, müxtəlif ölkələrdə fəaliyyət göstərən siyasi dairələr bu kampaniyaya qoşulublar. Biz bunların hamısını bilirik, hiss edirik və vəziyyəti təhlil edərkən görürük ki, bu, çox ciddi məsələdir. Bunun qarşısını almaq üçün nəyi, hansı amilləri ortaya qoymalıyıq? Biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Azərbaycanın iqtisadi potensialını gücləndirməliyik. Azərbaycanda insanların rahat yaşamasını təmin etməliyik. Demokratik proseslərə daha da güclü təkan verməliyik. Əlbəttə ki, sabitliyin qorunmasına daha da böyük diqqət göstərməliyik.

Bu gün bizi istəməyən qüvvələr Azərbaycanda sabitliyin pozulmasına çalışırlar. Çünki başa düşürlər ki, Azərbaycanla başqa cür mübarizə aparmaq çox çətin olacaqdır. Azərbaycan öz iqtisadi potensialını işə salaraq, bir neçə ildən sonra çox güclü ölkəyə çevriləcək və bölgədə gedən proseslərə daha da fəal, ciddi təsir göstərəcəkdir. Bunu istəməyən qüvvələr Azərbaycanda xaos, anarxiya yaratmağa, sabitliyi pozmağa çalışırlar. Biz buna yol verməməliyik və yol verməyəcəyik.

Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkiləri bunu bir daha təsdiq etdi. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla davam etdirilir. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir, bizim fəaliyyətimizi bəyənir. Biz buna arxalanaraq ölkədə islahatlar aparırıq, ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, sabitliyin qorunması üçün çox ciddi addımlar atılmalıdır. Bu işdə daxili işlər orqanlarının üzərinə əlavə məsuliyyət düşür. Daxili işlər orqanları bunu dərk etməlidir, anlamalıdır və öz gündəlik fəaliyyətində bu prinsipləri rəhbər tutaraq əlindən gələni əsirgəməməlidir ki, Azərbaycanda ictimai-siyasi sabitlik, asayiş pozulmasın.

Bunu daxildə də istəməyən qüvvələr var. Amma mən onlar haqqında danışmaq istəmirəm. Ümumiyyətlə, danışmağa dəyməz. Çünki bu, heç bir narahatlığa səbəb deyildir. Daxildə vəziyyəti pozmaq istəyən qüvvələr və onların cılız hərəkətləri, ümumiyyətlə, bizi narahat etməməlidir. Bizim əsas diqqətimiz əleyhimizə kampaniya aparan Ermənistanın, erməni lobbisinin təsiri altında olan qüvvələrin fəaliyyətidir və Azərbaycana yönəldilmiş təxribatlardır.

Mən ümidvaram və şübhə etmirəm ki, Azərbaycan polisi onun qarşısında duran bu mühüm vəzifələri anlayır, öz gündəlik fəaliyyətində bu məsələlərə böyük diqqət göstərir. Tələb edirəm ki, bundan sonra da bu məsələyə ciddi yanaşılsın. Eyni zamanda, bayaq dediyim kimi, insanlarla münasibətdə ciddi dönüş yaranmalıdır. Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız.

Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Vaxtilə reketlə, quldurluqla məşğul olan dəstələr var idi. Bunların hamısı zərərsizləşdirildi və əlbəttə ki, bu istiqamətdə işlər daha da güclü, fəal getməlidir.

İndi daxili işlər naziri Ramil Usubov görülmüş və gələcəkdə görüləcək işlər haqqında bizə məruzə edəcəkdir. Buyurun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur