Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin Gəncəyə hər səfəri bir tarix yaradır

Azərbaycan Prezidentinin Gəncəyə hər səfəri bir tarix yaradır

Bakı, 25 iyun, AZƏRTAC

Dünyamızı hazırlıqsız yaxalayan koronavirus pandemiyasının ölkəmizdən də yan keçmədiyi bir dövrdə Prezident İlham Əliyevin bölgələrə səfərlərinin davam etməsi Azərbaycan vətəndaşının sözdə, fikirdə, əməldə xalqı ilə birlikdə olan liderinə inamını, güvənini daha da artırdı. COVID-19 virusuna yoluxma təhlükəsinin olmasına baxmayaraq, dövlət başçısının regionlara səfərləri, xoş günlərdə olduğu kimi, ən çətin anlarda da ölkə vətəndaşının, xalqın yanında olması xalq-iqtidar birliyinin bariz göstəricisi kimi yaddaşlara həkk olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə ölkə Prezidenti Azərbaycan vətəndaşının sağlamlığı, təhlükəsizliyi ilə yanaşı, regionların sosial-iqtisadi inkişafını, real vəziyyətini və perspektivlərini daim diqqətdə saxlayır: Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağcabədi, Tərtər, Şamaxı rayonlarından sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Gəncəyə səfəri ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, eyni zamanda, regionların uğurlu inkişafına əhəmiyyətli töhfə oldu. Aydındır ki, bu gün regionların simasının köklü surətdə dəyişməsi, inkişafı, tərəqqisi yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Məhz bunun üçün mütəmadi olaraq regionlara səfər edən dövlət başçısı vəziyyətlə yerindəcə tanış olur, vətəndaşlarla görüşüb, onların güzəranı, həyat səviyyəsi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir.

Ölkə Prezidentinin Gəncəyə hər səfəri unudulmaz və əlamətdar olur, hər dəfə açılışlarda, təməlqoyma mərasimlərində iştirak edərək yeni obyektlərin, yeni mədəniyyət ocaqlarının, təhsil, səhiyyə müəssisələrinin, yolların, parkların istifadəsinə və ya tikintisinə xeyir-dua verir. Bu baxımdan, dövlət başçısının iyunun 24-də Gəncəyə səfəri də çox əlamətdar oldu. Prezident İlham Əliyev hər zaman Gəncənin inkişafına, abadlığına, tarixinin təbliğinə xüsusi diqqətlə yanaşıb. Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə hazırda Qafqazın ən gözəl şəhərlərindən birinə, ölkənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilib. Müasirliklə qədimliyi vəhdət təşkil edən tikililər, dünyanın ən yüksək standartlarına cavab verən təhsil, səhiyyə ocaqları, yeni yollar qədim şəhərin inkişafının göstəricisidir. İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Gəncənin tarixi reallıqlarıdır. Gəncəlilər bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olublar.

Naqif Həmzəyev vurğulayıb ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Gəncəyə 16 dəfə səfər edib: “Bu müddətdə dövlət başçısı Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında onlarla sərəncam imzalayıb. 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıbsa, 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıbsa, bütün bunların hamısı ölkə Prezidentinin Gəncəyə və onun sakinlərinə olan yüksək qayğısının, diqqətinin nümunələridir.

Bu gün də Nizaminin, Məhsətinin, Cavad xanın yurdunda infrastruktur layihələri həyata keçirilir, abadlıq işləri aparılır, yeni istehsal və emal müəssisələri açılır. Ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı ən yüksək standartlara cavab verən “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu istifadəyə verildi. Ümumi dəyəri 46,5 milyon manat olan müəssisədə 300-dən çox yeni iş yeri yaradılıb ki, bu da işsizlik probleminin həllində böyük əhəmiyyətə malikdir”.

Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanışlıq bir daha göstərdi ki, dövlət başçısı hər bir işin gedişini, verilən tapşırığın icrasını nəzarətdə saxlayır, qarşıya çıxan çətinliklərlə maraqlanır, müvafiq tövsiyələrini verir. Xatırladaq ki, artıq tamamlanmaq üzrə olan Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Millət vəkili Gəncənin ildən-ilə gözəlləşdiyinə və müasirləşdiyinə diqqət çəkərək deyib: “Bütün bu yeniliklər Gəncənin tarixi özəlliyini kölgədə qoymur, əksinə, tarixilik və müasirlik bütün görülən işlərdə vəhdət təşkil edir. Ölkə Prezidentinin və xanımı Mehriban Əliyevanın iştirakı ilə bərpadan sonra istifadəyə verilən “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi Gəncənin tarixi simasına yeni çalarlar qatıb.

Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay çayı üzərində eyni vaxta beş körpünün bərpası başa çatdırılıb və Prezident səfər çərçivəsində burada görülən işlərlə yaxından tanış olub.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin, ikinci Olimpiya İdman Mərkəzinin tikintisi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun istifadəyə verilməsi Gəncəni qədimliyi özündə qoruyub saxlamaqla, müasirliyi də özündə birləşdirən unikal bir şəhərə çevirib.

“Yaşıl şəhər” layihəsinin ölkəmizdə ilk dəfə olaraq Gəncə şəhərində həyata keçirilməsi, İdman Sarayının, Gəncə Dövlət Dram Teatrının, ikinci “ASAN xidmət” mərkəzinin, yeni ümumtəhsil məktəbi binasının tikintisinin davam etdirilməsi üçün ayrılan vəsait ölkə başçısının Gəncə və gəncəlilərə olan diqqətinin daha bir təzahürü olub.

1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Prezident İlham Əliyevin “Mənim üçün insanların sağlamlığı əsas prioritetdir” sözləri isə bu çətin şəraitdə maddi-mənəvi öz resurslarına söykənən Azərbaycan dövlətinin ən başlıca məqsədinin vətəndaşların sağlamlığının və onların təhlükəsizliyinin təmin edilməsinin olduğunun təsdiqidir.

Koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə qısa müddət ərzində ölkəmizdə sayca 5-ci modul tipli xəstəxananın Gəncədə istifadəyə verilməsi də dövlət başçısının “gözəgörünməz düşmən”lə mübarizədə atdığı zəruri addımlara nümunədir.

Naqif Həmzəyev deyib: “Gəncəlilər İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər. Dövlət başçısının “Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir” fikirləri gəncəlilərə dəyərli töhfə olub. Prezident İlham Əliyevin regionlara, xüsusən də Şeyx Nizaminin, Məhsəti Gəncəvinin, Əbülüla Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın yurduna səfəri bir daha onu göstərdi ki, dövlət başçısının ürəyi, qəlbi Vətənimizin inkişafı, tərəqqisi, xalqımızın xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi üçün daim çırpınır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb