Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Vyana görüşü Almaniya KİV-lərinin diqqətində
Berlin, 2 aprel, AZƏRTAC
Almaniyanın dpa informasiya agentliyi “Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır” adlı xəbər yayıb. Xəbərdə Azərbaycanın və Ermənistanın uzun müddətdən bəri öz həllini tapmayan münaqişənin həlli istiqamətində yeni səylər göstərdikləri vurğulanır. ATƏT-in yaydığı bəyanata istinad edilərək tərəflərin görüşünün müsbət və konstruktiv şəraitdə keçdiyi qeyd olunur. Yazıda Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi hesab edildiyi vurğulanır.
Almaniyanın “Deutschlandfunk” ictimai radiosunun saytında yayılan məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Vyanada bir araya gəldikləri bildirilir. Bu yazıda da Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi hesab edildiyi qeyd olunur.
Eyni məzmunlu məqalə “ZDF” qəzetində də dərc edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin