AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA YAPONİYA KİMONO AKADEMİYASI İLƏ TANIŞ OLMUŞDUR
Burada Azərbaycanın birinci xanımını yaponlara xas olan böyük ehtiramla qarşıladılar.
“Kimono” sözü yapon dilində geniş mənada milli geyim mənasını verən ümumi anlayışdır. Min ildən artıq tarixi olan kimononun növləri çoxdur: kişi və qadın kimonoları, üst, alt kimonoları və s. Kişi kimonoları adətən tutqun rəngli parçadan tikilir və naxışları az olur. Qadın kimonolarının qolları uzun, kəməri isə enli olub arxada bant şəklində bağlanır. XVII əsrdən kimono əhalinin bütün təbəqələrinin universal geyiminə çevrilmişdi. XIX ərsin sonunda Avropa mədəniyyətinin təsiri ilə kimono tədricən məişətdən sıxışdırılsa da, tamamilə itmir. Milli adət və ənənələrə çox həssas olan yaponlar onu bu günədək qoruyub saxlayırlar.
Hörmətli qonağa bütün bunlar barədə və digər maraqlı məlumatlar verildi. Mehriban xanım Əliyeva ölkənin müxtəlif regionlarına aid rəngarəng kimonolarla böyük maraqla tanış oldu.
Görüşdən xatirə olaraq, Azərbaycanın birinci xanımına kimono hədiyyə edildi. Mehriban xanım akademiyanın nümayəndələri ilə xatirə şəkli çəkdirdi.