Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir

Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir

Bakı, 6 fevral, AZƏRTAC

Qadın tərəqqiyə gedən yolda ictimai varlıq kimi

Qadın tarixin müxtəlif mərhələlərində cəmiyyətdə təkcə bioloji varlıq kimi mövcud olmaq sərhədini aşaraq, ictimai status qazanıb, sosial varlıq kimi müxtəlif funksiyaları icra edərək tərəqqiyə gedən yolda töhfələr verib.

Tarixə nəzər saldıqda qadınların dünyanın müxtəlif bölgələrində maariflənmə prosesində rolunu maraqlı yanaşmalarla izah etmək olar. Belə ki, XVIII əsrdə Avropada qadınların təkcə məhdud səlahiyyətləri olan ictimai varlıq kimi qəbul edilməsi istiqamətində mövqelər tədricən azalmağa başladı. Bunun əsas səbəbi qadınların cəmiyyətə faydalı ola biləcək cəhətlərini işıq üzünə çıxardacaq bir sıra cəmiyyətlərin, klubların yaranması ilə bağlı idi. İlk olaraq Fransada “salon” adlandırılan yığıncaqlar təşkil olundu. Burada ziyalı qadınlar toplaşaraq maariflənmənin əhəmiyyətini təbliğ etməyə çalışırdılar. Onlar qadının musiqi, ədəbiyyat, incəsənət, siyasət, iqtisadiyyat kimi sahələrə çıxışının olmamasının nə kimi problemlərə gətirəcəyini müxtəlif yollarla sübut etməyə çalışırdılar və həmcinslərini bu baxımdan aktiv olmağa çağırırdılar. Qadınları teatra getməyi, ədəbiyyat nümunələri ilə tanış olmağı, siyasi prosesləri izləməyi və öz hüquqlarını öyrənməyi məsləhət görürdülər. Sonrakı mərhələdə isə “debat cəmiyyətləri” adı verilən görüşlər təşkil edildi. Burada müxtəlif məşhur yazıçıların əsərlərindən parçalar oxunurdu, qadınlar biliklərini bölüşürdülər. Söz yox ki, bu sırada Azərbaycan qadınlarının da maariflənmə prosesində rolu danılmazdır.

Təhsilli qadın təhsilli millət deməkdir

Azərbaycan qadını hər zaman zəriflik, incəlik, müqəddəslik rəmzi olub, eyni zamanda, dərin düşüncəsi və müdrikliyi ilə həm dövlətçiliyin inkişafında, həm də müxtəlif sahələrin tərəqqisində önəmli rol oynayıb. Xalqımız olduqca həssas dönəmlərdən keçməli olub. Məhz bu məqamlarda Azərbaycan qadınlarının nümayiş etdirdiyi iradə, fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək sayılmalıdır.

Xalqımızın maariflənməsində, milli oyanmanın baş qaldırmasında maarifçi qadınların böyük rolu olub. Araşdırdığımız mövzu ilə bağlı həmsöhbətimiz - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qədim dövrlərdən günümüzədək qadınların Azərbaycan cəmiyyətində rolunu fərqli aspektlərdən təhlil edir: “Azərbaycanda qadın fəallığının əsasları və ənənələri, onun mənbələri dərindən dərk edilərək maraqla öyrənilir. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Tarixin müxtəlif mərhələlərində bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək oldular.

Azərbaycanın görkəmli ziyalıları xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Öz səhifələrində qadın mövzusuna yer verən “Şərqi-Rus”, “Həyat”, “Səda”, “İrşad”, “Tərəqqi”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Dirilik”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir” və s. qəzet və jurnallar qadının əsasən üç mühüm problemindən - təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edirdi. XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən biri təhsil almaq imkanının məhdudluğu idi. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb”.

Maariflənmə hərəkatının vüsət almasında Azərbaycan qadınlarının əsas fəaliyyəti

Qadın azadlığı uğrunda mübarizənin ön səhnəsinə birinci olaraq imtiyazlı sinfin qadınları çıxıblar. Onlar yaxşı anlayıblar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək istəyirsə, mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır. Zaman görkəmli ziyalılarımızın zəhmətlərinin hədər getmədiyini göstərdi. Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi sırf qadın qəzetinin meydana çıxmasına nail oldular. 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə çıxan “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün bütün ziyalı vətəndaşları səfərbər etdi. Az ömürlü (cəmi iki il) “İşıq” qəzetinin müəllifləri təkcə Azərbaycan maarifçiliyi ideyalarının zirvəsində durmur, hətta bərabər seçki hüquqları uğrunda mübarizədə (Həlimə Axundova), qadın birliklərinin (Münəvvər Əlixanova), qadın vətənpərvərlik təşkilatlarının (Həyatxanım Çayqırağlı) yaradılmasında iştirak edirdilər. Q.Məlikova-Zərdabi, A.Əfəndiyeva, X.Əlibəyova, X.Vəzirova və bir çox başqaları, artıq özləri təhsil prosesinin mərkəzində yerləşir, onu yaradır və azərbaycanlı qızlar üçün məktəbdə müəllimlik edirdilər. Sosial sarsıntılar dövründə əsl təşkilatçılıq qabiliyyəti ilə fərqlənmiş gənc qadınların - Q.Cavanşir, A.Axundzadə, Q.Qazıyeva və digərlərinin adlarını çəkmək olar. Eyni zamanda, Avropa təhsilli X.Əzizbəyova, Ş.Əfəndiyeva, M.Bayraməlibəyova, R.Əzimzadə artıq özlərini siyasət zəminində axtarırdılar. Onlar maarifçilik və xeyriyyəçilik çərçivəsindən kənara çıxan qadın cəmiyyətləri yaradır və onlarla işləyirdilər. Azərbaycan artıq XX əsrin əvvəllərində müsəlman Şərqində qadınların öz hüquqları uğrunda mübarizə apardığı ilk ölkə idi. Bu sosial hərəkata Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar başçılıq edirdilər. İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlar Məryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildilər.

Müasir Azərbaycan qadınının ictimai fəallığının və sosial statusunun təhlili

Tarixin müxtəlif dövrlərində örnək kimi qəbul edilən qadınlar olub və indi də vardır. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar: ilk qadın pedaqoq Mədinə Qiyasbəyli; ilk dramaturq Səkinə Axundzadə; həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkar Ağabacı Rzayeva; Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet sahəsində ilk qaranquş olan Qəmər Almaszadə, ilk peşəkar rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya.

İlk qadın akademik - Validə Tutayuq biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək ilkə imza atıb. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin də qadın akademiki olub. İlk qadın nazirimiz xarici işlər naziri Tahirə Tahirova olub. O, həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi. Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb. Həmin sırada elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır.

H.Hüseynova mövzunu bu fikirlərlə davam etdirib: “Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin işğal olunması kimi çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində fəal iştirak etməyə başladılar. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Zəhra xanım Quliyeva Komitənin sədri təyin edildi. “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncam və Fərman qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün zəmin yaratdı. Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırırlar. Bu baxımdan, Azərbaycan qadınlarının 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Mən xüsusilə qeyd etmək istəyirəm ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var idi”.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcək”. Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai - siyasi, elmi, mədəni, sosial - iqtisadi və digər sahələrdə qazandıqları uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Sahibkarlığın, xüsusi ilə qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi ölkələrində, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. Əlbəttə, bu, bizim üçün fəxrdir.

Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”.

Pərvanə İmanova

AZƏRTAC-ın müxbiri

“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub