Azərbaycan qonaqpərvərliyi polyak səyyahı valeh edib
Varşava, 24 noyabr, AZƏRTAC
Polşanın Oleçku şəhərindəki Povyatsk Pedaqoji Kitabxanasında “Azərbaycan və Ruanda” mövzusunda seminar keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, seminarı səyyah və jurnalist Andjey Malinovski aparıb. Tanınmış səyyah seminarda getdiyi bu iki ölkə barədə məlumat verərək, xüsusilə Azərbaycandan aldığı gözəl təəssüratları bölüşüb. O qeyd edib ki, Azərbaycan onun səyahət etdiyi 112-ci ölkədir və bu səfər onun xatirəsindən heç vaxt silinməyəcək.
Andjey Malinovski yerli əhalinin qonaqpərvərliyindən və milli mətbəxin ecazkarlığından, habelə Bakıda inşa olunan möhtəşəm binalardan da söhbət açıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava