AZƏRBAYCAN QROSSMEYSTERİ TEYMUR RƏCƏBOV FİDE-NİN QRAN-PRİ TURNİRİNDƏ LİDERLƏR QRUPUNDADIR
AZƏRTAC xəbər verir ki, Bakıda “Hyatt Regency-Naxçıvan” mehmanxanasında keçirilən və ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan FİDE-nin Qran-pri turnirində 2-ci tur başa çatmışdır. Azərbaycan şahmatçıları bu turda rəqibləri ilə qara fiqurlarla oynamışlar. Beynəlxalq qrossmeyster Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarından sayılan Fransa təmsilçisi Etyen Bakro üzərində çətin qələbə qazanmışdır. Vüqar Həşimov Çin şahmatçısı Yu Vanqla görüşdə güclü müdafiə sistemi quraraq rəqibin hücum planlarını pozmuş və nəticədə şahmatçılar 46-cı gedişdə heç-heçəyə razı olmuşlar. Şəhriyar Məmmədyarov isə gözlənilmədən reytinqi ondan aşağı olan rusiyalı Ernesto İnarkievə uduzmuşdur. Oyunda kobud səhvə yol verən həmyerlimiz heç-heçə imkanlarını itirərək, 36-cı gedişdə məğlubiyyətlə barışmalı olmuşdur.
Digər qarşılaşmalarda Qata Kamski (ABŞ) David Navara (Çexiya) ilə, Aleksandr Qrişuk (Rusiya) Sergey Karyaqin (Ukrayna) ilə, Peter Svidler (Rusiya) Maqnus Karlsenlə (Norveç) heç-heçə oynamış, Maykl Adams (İngiltərə) İvan Çeparinova (Bolqarıstan) qalib gəlmişdir.
İki turdan sonra yarış cədvəlinə hərəyə 1,5 xalla T.Rəcəbov, A.Qrişuk Q.Kamski, M.Adams başçılıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]