Azərbaycan regionda və dünyada qarşılıqlı faydalı əməkdaşlıq siyasətinə sadiq sülhsevər ölkə kimi tanınır
Bakı, 6 may, AZƏRTAC
Bu gün Azərbaycan regionda və dünyada istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq siyasətinə sadiq olan sülhsevər ölkə kimi tanınır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov mayın 6-da keçirilən "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" adlı konfransda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, 2001-ci ildə Avropa Şurasına qəbul edilən Azərbaycan artıq Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa ailəsinin fəal üzvünə çevrilib və Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində sistemli islahatların nəticəsi olaraq müsbət demoqrafik şərait formalaşıb və əhalinin sayı dinamik şəkildə artmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]
Azərbaycanın xarici işlər naziri İrpen şəhərində olub VİDEO
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]