AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il mart ayının 18-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin növbəti iclası keçirilmişdir.
Iclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna baxılmaq üçün Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Sorğuya mahiyyəti üzrə baxılmasına dair Konstitusiya Məhkəməsinin iclası 2002-ci il 19 aprel tarixinə təyin edilmişdir.