AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Əbilov İmamverdi Xankişi oğlu
Əhmədov Həsənağa Əhməd oğlu
Hənifəyeva Rima Abbas qızı
Xələfov Abuzər Alı oğlu
Kazımov Nurəddin Mustafa oğlu
Məmmədov İsaq Mustafa oğlu
Məmmədov Qaçay Məmməd oğlu
Məmmədov Müsəddin Yusif oğlu
Müseyibov Müseyib Ağababa oğlu
Ramazanov Fərrux Fətulla oğlu
Seyidov Yusif Mir Əhməd oğlu
Tahirova Raisə İsmayılovna
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2007-ci il.