AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
«Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Adurov Mülatif Hacı oğlu
Əfqanlı Ofelya Rza qızı
Əsədov Vaqif Firudin oğlu
İsmayılova Səkinə Qulu qızı
Qasımov İldırım Əli-Nazir oğlu
Quliyev Arif Əli oğlu
Məmmədova Səidə Müslüm qızı
Mirzəyev Tofiq İbrahim oğlu
Nəzirova Nailə Məmməd qızı
Rüstəmov İsfəndiyar Ədil oğlu
Sadıqzadə Qumral Seyid Hüseyn qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2007-ci il.