AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Suveren Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziyada bu il martın 2-də “parlament seçkiləri” deyilən seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, zor işlədilməməsi və ya zor işlətməklə hədələməmək, mübahisələrin dincliklə nizama salınması prinsiplərini əsas tutaraq, münaqişə zonalarında keçirilən və gərginliyin artmasına gətirib çıxara, nizamasalma prosesini çətinləşdirə biləcək qanunsuz “seçkilər”dən narahat olduğunu bildirir.
Azərbaycan Respublikası ərazilərin qəsb edilməsini, etnik təmizləmələri və demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsini heç vaxt və heç bir vəchlə tanımamışdır və tanımır. Azərbaycan Respublikası nizamasalma üçün əsas ola bilməyən “baş vermiş fakt” praktikasını pisləyir və nəzərə çarpdırır ki, nə münaqişə zonasında indiki vəziyyət, nə də bu vəziyyətin möhkəmləndirilməsinə yönəldilmiş hərəkətlər qanuni sayıla bilməz.
Azərbaycan Respublikası hesab edir ki, bu cür münaqişələr beynəlxalq hüququn yuxarıda göstərilən norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında nizama salınmalıdır.
Bakı, 27 mart 2002-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [21:16]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:58]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 07.06.2026 [20:12]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [19:35]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:30]