Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Sudan səfirliyi arasında əməkdaşlıq müzakirə olunmuşdur
Bakı, 8 may (AZƏRTAC). Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haq ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Əşrəf Şıxəliyev səfir Mohamed Elias Mohamed əl-Haqa AIDA-nın fəaliyyəti, xüsusilə qurumun təhsil, ixtisasartırma və səhiyyə sahələrində gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]