АZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Dekabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının təşəbbüsü əsasında adları həmin partiyanın müşahidəçiləri siyahısına əlavə edilmiş şəxslərin 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkilərində bütün ölkə ərazisində müşahidə aparmalarına icazə verilməsi haqqında məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində həmin şəxslərin Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmalarına icazə verilməsi barədə qərar qəbul etmişdir.
Sonra komissiya sədrinin müavini Svetlana Qasımova, MSK katibi Natiq Məmmədov və Mərkəzi Seçki Komissiyasının üzvü Yusif Bağırzadə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi təklifi ilə çıxış etmişlər. Mərkəzi Seçki Komissiyası 29 saylı Səbail, 73 saylı Lənkəran şəhər, 94 saylı Bərdə kənd, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]