Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MARAQLARININ QORUNMASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN FƏALİYYƏTİNİN BAŞLICA İSTİQAMƏTİDİR

Yaşadığımız XXI əsr dünyanın yeni coğrafi-siyasi mənzərəsi, qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi, eyni zamanda, yeni qütbləşmələr və bir çox dövlətləri hədələyən yeni təhlükələrlə səciyyəvidir. Dini və siyasi ekstremizm, təcavüzkar və silahlı separatizm, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və terrorçuluq kimi qorxulu təzahürlər Azərbaycan üçün də təhlükədir.

Lakin bu gün dönməz ictimai-siyasi sabitlik yaradılmış, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən və beynəlxalq standartlara uyğun qanunvericilik bazasına malik olan Azərbaycan Respublikasında milli maraqların qorunması və yuxarıda göstərilən təhdidlərlə mübarizə üçün lazımi şərait və təsirli əks-tədbir imkanları mövcuddur.

Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması,

prioritetlərin səmərəli şəkildə həyata keçirilməsi üçün bütün zəruri şəraitin və imkanların yaradılmasında Milli Təhlükəsizlik Nazirliyinin öz yeri vardır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, terrorçuluqla mübarizə, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində milli qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanında - Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatlar, bu mühüm dövlət strukturunun fəaliyyətinin təkmilləşdirilməsi üçün qəbul edilən qanunvericilik aktları ilə fəaliyyət prinsiplərinin uzlaşdırılması və s. məsələlər cəmiyyətimiz tərəfindən diqqətlə izlənilir, müzakirə edilir.

AZƏRTAC-ın müxbiri ictimaiyyətimizi maraqlandıran bu və digər suallara ətraflı cavab almaq üçün Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-mayor ELDAR MAHMUDOVA müraciət etmişdir.

- Cənab nazir, söhbətimizə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin təşkili, onun qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində son vaxtlar görülmüş tədbirlərdən başlamaq istərdim.

- Mən bu barədə danışmazdan əvvəl bir məsələyə toxunmağı vacib sayıram. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi xidmət orqanlarına xas, onların spesifik fəaliyyətindən irəli gələn müvafiq ənənələri vardır. Bu ənənələrin ən dəyərlilərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil, suveren Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan Milli Təhlükəsizlik Nazirliyinin ölkənin aparıcı qurumlarından birinə çevrilməsi, təh¬lü¬kə¬¬siz¬lik siyasətinin hüquqi əsaslarının yaradılması da, əslində, ömrünün 25 ilə yaxın bir dövrünü təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Məhz ulu öndərimizin böyük dühası, idarəçilik və təşkilatçılıq bacarığı, gərgin səyləri sayəsində Azərbaycanda hüquqi dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də əsaslı dönüş yaranmışdır. Heydər Əliyev siyasi xəttinin, hərtərəfli islahatların həyata keçirilməsi işinin bu gün də uğurla davam etdirilməsi dövlətçilik fəaliyyətimizin əsas prioritetlərindəndir.

Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çalışdığımız dövlət quruculuğunun yeniləşmə və müasirləşmə mərhələsində bütün dövlət strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin milli maraqlar nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun formalaşdırılması üçün önəmli tədbirlər həyata keçirilir. Cənab Prezidentin son dövrlər qəbul etdiyi mühüm qərarlar, eləcə də nazirliyin Əsasnaməsinin və yeni strukturunun təsdiqi, “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında” qanunlar fəaliyyətimizin qanunvericilik və normativ-hüquqi bazasını təşkil edir, funksional vəzifələrimizin daha səmərəli həyata keçirilməsinə təminat verir.

Bir sözlə, onilliklərlə toplanmış təcrübə, fəaliyyətin yeni üsul və formalara uyğun təkmilləşdirilməsi, müasir texniki təchizat və yaradılmış zəruri hüquqi baza işimizi mükəmməl və səmərəli qurmağa imkan verir.

- Eldar müəllim, yeni təyin olunmuş nazir kimi Milli Təhlükəsizlik Nazir¬liyində hansı istiqamətlərdə dəyişikliklərin həyata keçirilməsini vacib sayırsınız və hazırda bu sahədə görülən işlər barədə nələri xüsusi qeyd etmək istərdiniz?

- Öncə demək istərdim ki, MTN-də peşəkar kadr özəyi və önəmli təcrübə vardır. Keçmişin müsbət ənənələrini yaşadan əməkdaşlar bu gün də xalqa, dövlətə sədaqət və ləyaqətlə xidmət edirlər.

Eyni zamanda, nazirlikdə mühüm əhəmiyyət kəsb edən struktur dəyişiklikləri aparılmışdır. Nazirliyin struktur bölmələrinin fəaliyyətinin uzlaşdırılması və əlaqələn¬dirilməsi məqsədi ilə Milli Təhlükəsizlik Nazirinin Xidməti, ölkənin terror təhdidlərindən müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün Antiterror Mərkəzi yara¬dılmışdır. Bəzi struk¬¬tur böl¬mə¬lərin bazasında təşkil olunan baş idarələrin səlahiyyətləri genişləndirilmişdir. Yeni fəaliyyətə başlayan bölmələr arasında siz jurnalistlərin də səbirsizliklə gözlədiyiniz İctimai Əlaqələr Mərkəzi, habelə informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsi ilə məşğul olacaq qurum da vardır. Bu dəyi¬şik¬liklər fonunda yeni kadr təyinatları da olmuşdur. Biz qısa zamanda şəxsi heyəti qar¬şıda duran vəzifələrin icrasına tam səfərbər edə bilmişik. Yaradılmış işgüzar və səmimi əhval-ruhiyyə işimizi məqsədyönlü qurmağa imkan verir.

Hazırda nazirliyə müraciət edən gənclərin sayının artması aparılmış islahatların cəmiyyət tərəfindən müsbət qarşılandığını göstərir. Sevindirici haldır ki, bu gənclərin əksəriyyəti bir neçə xarici dil bilir, yüksək dünyagörüşünə malikdir, Azərbaycanda və dünyanın bir çox yerlərində yaxşı təhsil alıblar və müasir texnika ilə işləməyi bacarırlar.

Biz kadrların seçilməsi və yerləşdirilməsi ilə əlaqədar ardıcıl iş aparılmasına böyük məsuliyyət hissi ilə yanaşırıq. Təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə yüksək intellektual səviyyəli, müvafiq psixoloji və fiziki hazırlıqlı, sözsüz ki, vətənpərvər gənclərin qəbul olunmasına diqqət artırılmışdır. Yeni struktur dəyişiklikləri nəzərə alınmaqla yüksək ixtisaslı kadrların hazırlanmasında MTN Akademi¬yasının imkanlarından geniş istifadə olunması da günün reallığıdır. Bunun üçün professor-müəllim heyətinə seçilən şəxslərə tələblər artırılmışdır, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndiril¬məsi istiqamətində zəruri tədbirlər görülür.

- Eldar müəllim, yeri gəlmişkən, MTN-də baş verən dəyişikliklər bəzi hallarda birmənalı qarşılanmır, xüsusən müxalifət mətbuatında vaxtaşırı müxtəlif fikirlər səslənir. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.

- Sualınız aydındır. Əvvəla, mənimlə birgə gəlmiş bir neçə əməkdaş nazirlikdə kadr dəyişikliyinə ciddi təsir edə bilməz. Bu şəxslərin əməliyyat və təşkilati iş sahəsində təcrübə və biliklərə malik olmalarını, özlərini əvvəlki fəaliyyətləri dövründə peşəkar və səriştəli əməkdaşlar kimi təsdiq etmələrini nəzərə alaraq, onların yeni təyinat yerində işlərin qurulmasına yalnız müsbət təsirləri olacağına əminəm. Onlar həmçinin mənim iş üslubumu bilirlər və bu amil də fəaliyyətin yeni tələblər səviyyəsində təşkili baxımından əhəmiyyətlidir. Artıq bu, işdə özünü əyani surətdə göstərir.

Qaldı ki, aşkarlanmış ayrı-ayrı cinayət faktlarına, həyata keçirilən tədbirlərə, biz görülən işlər barədə ölkə ictimaiyyətinə vaxtaşırı məlumat veririk. İctimai Əlaqələr Mərkəzi vasitəsilə yayılan məlumatlar nazirliyin rəsmi mövqeyini əks etdirir. Həmin məlumatlar cəmiyyətin böyük əksəriyyəti tərəfindən müsbət qarşılanmışdır. Özünü bu ölkənin vətəndaşı sayan hər bir şəxs üçün cinayətkarlıqla mübarizə məsələsinə ikili yanaşma ola bilməz. Tutduğu siyasi mövqedən asılı olmayaraq, cinayətkarlığın yayılması heç bir normal insanın maraqlarına uyğun deyildir.

- İndiki vaxtda transmilli mütəşəkkil cinayətkarlıqla, milli təhlükə¬sizliyimizi təhdid edən mənfi təzahürlərlə mübarizənin təşkilini necə görürsünüz?

- Bu istiqamətdə biz, ilk növbədə, dünyanı təhdid edən, Azərbaycan Respublikası üçün də aktual olan terrorçuluqla mübarizəyə xüsusi önəm veririk və onu da deməliyəm ki, artıq fəaliyyətimizi daha konkret vəzifələrin həllinə yönəltmək üçün mühüm işlərə başlamışıq.

Son vaxtlar bütün bəşəriyyəti sarsıdan terror akt¬ları göstərir ki, hazırda dünyanın kiçikli-böyüklü, sivil, yaxud geridə qalmış, fərqi yoxdur, heç bir dövləti özünü bu dəhşətli bəladan tam mü¬dafiə olunmuş hesab edə bilməz. Azərbaycan terrordan, separatçılıqdan, ekstremizm təzahürlərindən əziyyət çəkən ölkələrdən biridir. Ötən əsrin sonlarından başlayaraq ölkəmiz təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal edilib, on minlərlə vətəndaşımız şəhid olub, əsir və itkin düşübdür. Bundan əlavə, cəbhə zonasından yüz kilometrlərlə uzaqda iki minə yaxın dinc sakinimiz erməni terrorçu təşkilatlarının qurbanına çevrilmişdir. Bütün bu dəhşətlərin kökündə erməni separatizmi və təcavüzü durur. Biz bir müstəqil dövlət olaraq terrorçuluqla, təcavüzkar separatizmlə mübarizənin ən fəal forması və metodlarından istifadə etmək imkanlarının səfərbər olunması istiqamətində səylərimizi birləşdirməliyik.

Ötən illər ərzində Ermənistanın ölkəmizdə təxribat-pozuculuq aksiyaları həyata keçirmək və separatçılığı qızışdırmaq cəhdləri, Azərbaycanda müəyyən qrupları silah, döyüş sursatı, partlayıcı maddələrlə təmin etmək kimi cinayətkar əməlləri təkzibolunmaz faktlarla sübuta yetirilmişdir. Bütün bunlar bizdən daim ayıq-sayıq olmağı, ciddi tədbirlərin görülməsini tələb edir və bu mənada fəaliyyətimizi daha da gücləndiririk.

Sözsüz ki, xüsusi xidmət orqanı olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi qarşımızda duran prioritet vəzifələrdəndir. Bu yöndə fəaliyyət ölkənin qanunvericiliyi və nazirliyin xüsusi normativ-hüquqi aktları ilə tənzimlənir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti çox mühüm sahədir, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin uğurla həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına, habelə milli maraqların təmini işinə mane olan, bu maraqlara təhlükə törədən proses və amillərdən qorunmasına xidmət edir.

Fəaliyyətimizin daha bir mühüm istiqaməti transmilli mütəşəkkil cinayət¬kar¬lıq¬la mübarizədir. Bu məsələyə biz həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi baxırıq. Narko¬tiklərin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan alveri, çirkli pulların yuyulması, qeyri-bank pul ödəniş sistemləri, kibercinayətlər və s. bu kimi transmilli mütəşəkkil cinayət¬karlıq təzahürləri ilə mübarizə nazirliyin əsas fəaliyyət yönümlərindən birini təşkil edir.

Onu da deməyi vacib sayıram ki, milli maraqlar məfhumu sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sahələrini əhatə edir. Həmin maraqlara qarşı yönələn cinayətkar qəsdlər bütövlükdə milli təhlükəsizliyimizə qarşı ciddi təhdid kimi qiymətləndirilir və adekvat tədbirlər görülməsini tələb edir.

Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində, o cümlədən elmi-mədəni sərvətlərimizin qorunması üzrə görülən işlər, tələbə qəbu¬lun¬da yol verilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırmalar, rüşvətxorluq və korrupsiya hal¬la¬rı¬nın aradan qaldırılması istiqamətindəki addımlar, xüsusilə terrorçuluqla mübarizədə əldə olunan uğurlar milli maraqların əməli müdafiəsinə və Milli Təhlükəsizlik Nazirliyinin xalq arasındakı nüfuzunun artmasına xidmət edir.

- Bu baxımdan, yəqin ki, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional iqtisadi layihələrin, ən başlıcası, Bakı-Tbilisi-Ceyhan və TRASEKA layihələrinin təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirilir?

- Milli Təhlükəsizlik Nazir¬li¬yi ölkənin iqtisadi təhlükəsizliyinin təminatı üçün ardıcıl, səmərəli fəaliyyət göstərir. Terrorçu təºkilatlar və rəqib dövlətlər tərəfindən təhdidlərin, əsasən, iqtisadi sahəyə yönəl¬dilməsi ehti¬ma¬lını nəzərə alaraq, bu istiqamətdə fəaliyyətimizi daha da genişləndir¬məyə və gücləndirməyə çalışırıq.

Artıq hamımıza məlumdur ki, Ermənistanın dövlət orqanları və erməni diasporu Azərbaycanın dünyaya və Avropaya inteqrasiyasına hər vasitə ilə mane olmağa, o cümlədən strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və digər beynəlxalq layihələrin gerçəkləşməsi və həyata keçirilməsi əleyhinə yönəlmiş pozuculuq fəaliyyəti aparmağa çalışırlar. Həmin strateji layihələrin, həmçinin ölkənin digər həyat əhəmiyyətli iqtisadi obyekt¬lə¬rinin təhlükəsizliyinin hərtərəfli təmin olunması gün¬də¬lik fəaliyyətimizin ən başlıca istiqamətlərindən biridir. Yeri gəlmişkən, bu mühüm tədbirlər təkbaşına deyil, müvafiq dövlət orqanları ilə birgə həyata keçirilir və onların icrası ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Milli maraqlarımız əleyhinə yönəl¬miş terror və digər təhdidlər bu istiqamətdə fəaliyyətimizin hər gün, hər saat yük¬səldilməsini tələb edir. Ölkənin hər bir vətəndaşı yaxşı başa düş¬mə¬li¬dir ki, iqtisadiyyatın inkişafı Azərbaycanın, başqa sözlə desək, hər biri¬mizin gələ¬cə¬yi üçün ən vacib amildir.

Azərbaycanın strateji nəqliy¬yat dəhlizlərinin, dünya dövlətlərinin maraqlarının kəsişdiyi məkanda yerləşməsi ölkənin təhlükəsizlik strategiyasına təsir edən mühüm amillərdəndir. Beynəlxalq aləmə getdikcə daha çox inteqrasiya edən ölkə, eyni zamanda, daxildə maddi və mənəvi dəyərlərinin təhlükəsizliyi qayğısına qalmağı bacarmalıdır. Bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək bizim həm də vətəndaşlıq borcumuzdur.

-Cənab nazir, ümumən “qapalı” təşkilat sayılan Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti necə təşkil edilir?

- Müasir dövrdə beynəlxalq terrorçu, dini və siyasi ekstremist təşkilatların fəaliyyətinin mütəşəkkil xarakter alması, hətta antaqonist ideoloji qütblərdə dayanan belə strukturların bəzən sıx əlaqələr qurması ayrı-ayrı döv¬¬¬lət¬lərin xüsusi xidmət orqanlarının da fəaliyyətinin əməli şəkildə əlaqələndirilməsini tələb edir. Fikrimizcə, beynəlxalq əməkdaşlıq imkanları düzgün dəyərləndiril¬məli və bu əlaqələrdən milli mənafelərin təminatına şərait yaradılması üçün maksimum isti¬fadə olunmalıdır. Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyi xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları ilə real və səmərəli əməkdaşlığın genişləndirilməsinə çalışır. Əməkdaşlıq yalnız texniki yar¬dımlara, təlimlərə, təcrü¬bə¬nin mənimsənilməsinə deyil, qarşıda duran strateji vəzifələrin, o cümlədən təhlü¬kəsizlik məsələ¬lə¬rin¬in həlli üzrə ölkənin müvafiq siyasəti üçün əlverişli şərait yaradılması, beynəlxalq hüquqi aktların və infor¬ma¬si¬ya mübadiləsinin imkanları hesabına mövqelərimizin möhkəmlən¬dirilməsinə xidmət etməlidir.

Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın bu əməkdaşlığa verdiyi önəm ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Dayanıqlı sabitliyin bərqərar olduğu respublikamız antiterror koalisiyasına qoşularaq, dünyanın bir sıra qlobal problemlərinin həllinə öz töhfəsini vermiş, güc strukturlarımız xarici ölkələrin və mötəbər qurumların bərabər hüquqlu tərəfdaşına çevrilmişdir.

Son vaxtlar bir sıra xarici ölkələrdə, nüfuzlu beynəlxalq təşkilatlarda bizim də iştirakımızla regionun, eləcə də dünyanın təhlükəsizlik problemlərinə dair intensiv görüşlərin, müxtəlif formatlarda iclas və seminarların keçirilməsi, müvafiq təsisatlarla əməkdaşlığımızın yeni, daha fəal mərhələyə qədəm qoyması hərtərəfli fəaliyyətimiz üçün əlverişli şərait yaratmışdır.

Belə ki, son aylar bir neçə xarici dövlətlərə səfərlər zamanı bu ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlərdə transmilli cinayətkarlıq, xüsusilə də beynəlxalq terrorçuluqla, terrorizmin maliyyələşdirilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və inkişaf etdirilməsi məsələləri geniş müzakirə olunmuş, konkret istiqamətlər müəyyən edilmişdir.

Söhbətimizdə bir məsələyə də toxunmağı vacib sayıram. İştirak etdiyimiz bütün tədbirlərdə bizi daha çox narahat edən problemlərin beynəlxalq səviyyədə qabardılmasına çalışmışıq. O cümlədən, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin nəzarətsizlik üzündən regiondakı kriminogen qruplar üçün əlverişli məkan olduğuna diqqət yönəldilmiş, burada narkotik vasitələrin və silah-sursatın qeyri-qanuni dövriyyəsinə rəvac verən qüvvələrin fəaliyyətinə qarşı səyləri birləşdirməyin vacibliyi vurğulanmışdır.

- Cənab Nazir, Siz həm də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədrisiniz. Bu istiqamətdə işləri necə qiymətləndirərdiniz?

- Əvvəla, qeyd edim ki, bu iş dövlət başçısının daim diqqət mər¬kə¬zin¬də¬dir. Ermənistanın hərbi təcavüzü nəticəsində əsir və itkin düşmüş, gi¬rov götürül¬müş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi, onların Vətənə qaytarılmasının tə¬min edilməsi üçün müvafiq beynəlxalq təşkilatlarla aparılan iş bir an belə ara ver¬mədən davam etdirilir. Mən Dövlət Komis¬si¬ya¬sı¬nın hər bir üzvünün bu məsələyə ürəkdən və məsuliyyətlə yanaşdığını qeyd etmək istərdim. 1988-2004-cü illərdə Azərbaycan Respubli¬kasının 1360 vətəndaşı erməni əsirliyindən azad olunmuşdur. Bundan əlavə, 783 soydaşımızın (onların 18-i uşaq, 46-sı qadın, 69-u qocalardır) əsir və girovluqda olması faktı sənəd və şahid ifadələri ilə sübuta yetirilmişdir. Ermənilər bunu dansalar da, biz onların tapılması, öz ailəsinə, doğma ocağına qayıtması üçün səylərimizi əsirgəmirik. Öz həmvətənlərimizin taleyinə başqa cür münasibət ola da bilməz.

Yeri gəlmişkən, erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğı göstərilməsi ilə bağlı möhtərəm Prezidentimizin tövsiyə və tələblərinin yerinə yetirilməsi istiqamətində də nazirliyimizdə ardıcıl iş aparılır. Kollektivimiz Yevlax rayonundakı “Aran” çadır şəhərciyində məskunlaşmış məcburi köçkünlərə hamilik edir. Biz bu insanların dərdlərinə ürək yanğısı ilə yanaşır və onların problemlərinin həllində yardımçı olmağa çalışırıq.

Bir məsələni də vətəndaşlarımızın nəzərinə çatdırmaq istərdim. Bəzi hallarda adamlar cəbhə bölgəsində, hərbi münaqişə zamanı, yaxud hərbi qulluq yerindən itkin düşmüşlərlə əlaqədar deyil, tamamilə başqa şəraitdə itkin düşmüş şəxslərlə bağlı bizə müraciətlər edirlər. Əlbəttə, bir vətəndaş kimi bütün insanlarımızın taleyi bizi narahat edir, ancaq ölkənin ayrı-ayrı ərazilərində müxtəlif səbəblərdən itkin düşmüşlərin məsələsi ilə məşğul olmaq MTN-in səlahiyyətinə aid deyildir. Bu cür hallarla bağlı araşdırma və axtarış tədbirləri Daxili İşlər Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilir və vətəndaşlar ölkənin polis orqanlarına müraciət etməklə lazımi kömək ala bilərlər.

- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə MTN əməkdaş¬la¬rı¬nın əmək haqları artırılmışdır. Sosial problemlərin həlli istiqamətində hansısa əlavə tədbirlər görülürmü?

- Son aylar digər müsbət dəyişikliklərlə yanaşı, əməkdaş¬la¬rın sosial müdafiəsi gücləndirilmiş, ölkə Prezidentinin Sərəncamı ilə MTN əmək¬daşları¬nın əmək haqları ar¬tırılmışdır. Mən böyük məmnuniyyət və minnətdarlıq hissi ilə qeyd edirəm ki, əməkdaşlarımızın sosial problemlərinin həlli ilə əlaqədar təşəbbüslə¬rimi¬zə cənab Prezident tərəfindən daim diqqət və qayğı ilə yanaşılır.

Biz dü¬şü¬nürük ki, ölkənin təhlükəsizliyinə cavabdeh döv¬lət qu¬ru¬mu¬nun əmək¬daş¬ları ya¬x¬¬şı iş¬lə¬mək¬lə yanaşı, normal da istirahət et¬məli, onların məi¬şət prob¬¬¬lem¬lə¬ri¬nin həlli isti¬qa¬mə¬tin¬də təd¬bir¬lər ardıcıl və planlı xarakter daşı¬malıdır. Bu məq¬sə¬dlə gə¬lən ildən eti¬barən nazirlikdə inşaat işlərinin genişləndirilməsi, yaşayış bi¬na¬ları¬nın, Bakıda və ölkənin digər rayonlarında yeni is¬¬tirahət və müa¬licə-bərpa ocaqlarının tikilməsi nəzərdə tu¬tulur. Əməkdaş¬lara yüksək tibbi xid¬mətin təş¬ki¬li üçün də kom¬¬pleks təd¬bir¬lər görüləcəkdir.

Hazırda nazirliyin nəqliyyat parkının tamamilə təkmilləşdirilməsi və yeniləşdirilməsi üçün lazımi işlər görülür. Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, müasir texniki vasitələrlə təminat, digər zəruri tədbirlərin görülməsi də diqqət mərkəzindədir. Artıq bu yöndə bir sıra tədbirlər həyata keçirilmişdir.

Hesab edirəm ki, bu yöndə ən vacib və ədalətli iş həm də veteranlarımızla, keçmişin peşəkar kadrları ilə əlaqələrə xüsusi əhəmiyyət verilməsi, onlara daim diqqət göstərilməsi olmalıdır. Veteranlarımızın zəngin təcrübəsindən məqsədyönlü və səmərəli istifadə edilməsi, gənclərin vətənpərvərlik, müsbət ənənələrə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müvafiq iş aparılmalı, onlarla müntəzəm görüşlər keçirilməlidir. Həmçinin, veteranlarımızın problemlərinə qayğı ilə yanaşılmalı, onların sırasında gümrah, işləmək həvəsi olanların məşğuliyyəti üçün də tədbirlər müəyyən edilməlidir.

Bir sözlə, görüləcək işlər çoxdur və qarşıda duran vəzifələri dövlət başçısının diqqət və qayğısı, habelə cəmiyyətin köməyi ilə bundan sonra da yüksək peşəkarlıqla və səmərəli surətdə həyata keçirməyə çalışacağıq.

Oxucularla ünsiyyət üçün yaratdığınız fürsətdən istifadə edərək, ictimaiyyətimizi əmin etmək istərdim ki, bundan sonra da xalqımızın, möhtərəm Pre¬zidentimizin təhlükəsizlik orqanlarına olan etimadını doğruldacaq, bütün qüvvə və imkanlarımızı milli maraqlarımızın və təhlükəsizliyimizin layiqincə təmin olunmasına yönəldəcəyik!

- Eldar müəllim, bir neçə gündən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü tamam olur. Hər bir azərbaycanlı, hər bir vətənpərvər insan üçün ağır olan bu itki, yəqin ki, onun həyat yolunu başladığı xidmətin əməkdaşlarının da qəlbində dərin kədər hissələri doğurur?!...

- Ulu öndərimizlə cismani ayrılığın ötən bir ilində onun mənalı, zəngin həyatına və səmərəli fəaliyyətinə təkcə ölkə daxilində deyil, eləcə də nüfuzlu dünya liderləri, tanınmış siyasətçilər, ünlü şəxsiyyətlər tərəfindən verilən yüksək qiymət, xalqımızın böyük oğlunun əziz xatirəsinə göstərilən hörmət və ehtiram bir daha təsdiqləyir ki, bütövlükdə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı, ən şərəfli səhifələrini Heydər Əliyevin özü - bənzərsiz ömür yolu və xalqımız qarşısında misilsiz xidmətləri ilə yazmışdır. Bu ömür yolu hər birimiz, eləcə də gələcək nəsillər üçün örnək, həyat məktəbidir.

Azərbaycanın milli maraqlarının təhlükəsizliyi naminə öz vəzifə borclarını fədakarcasına yerinə yetirən nazirliyimizin bugünkü nəsli fəxr edir, qürur hissi keçirir ki, bəşəriyyətin böyük şəxsiyyətlərindən, görkəmli simalarından biri olan ümummilli liderimiz ilk əmək fəaliyyətinə məhz bu orqanın sıralarından başlamış, leytenant rütbəsində adi əməkdaşdan general rütbəsində bu təşkilatın rəhbəri vəzifəsinədək yüksəlib, sonra nəinki respublikanın, hətta dünyanın super dövlətlərindən olan keçmiş SSRİ-nin rəhbərliyinə irəli çəkilmişdir.

Ötən əsrin ortalarından başlayaraq, Azərbaycanın tərəqqisi və təkamülü ilə bağlı elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin səmərəli fəaliyyəti öz əksini tapmasın, xalqımızın tarixi və taleyi ilə bağlı elə bir qlobal problem olmayıb ki, onun çözülməsində Heydər Əliyev dühası, Heydər Əliyev fenomeni həlledici rol oynamasın. Bu mənada, ədalətlə desək, Azərbaycanın təhlükəsizlik orqanlarında milli maraqlara sədaqətlə xidmətin ən dəyərli ənənələri də bu mühüm xüsusi xidmət orqanını böyük səylər hesabına milliləşdirməyə nail olmuş ulu öndərimiz tərəfindən qoyulmuşdur.

Xalqımızın ən böyük sərvəti ümummilli liderimizin Azərbaycan üçün ərməğan qoyub getdiyi, dönməzliyi, əbədiliyi təmin edilmiş dövlət müstəqilliyimizdir. Təhlükəsizliyin təminatçısı olmaq, xalqa, vətənə, dövlətə sədaqətlə xidmət etmək - Heydər Əliyev ənənələrini yaşatmaq və davam etdirmək deməkdir. Bu, vətəndaşlıq missiyasının şərəflə yerinə yetirilməsi hər birimizin, bütövlükdə hamımızın müqəddəs borcudur.

Ulu öndərimizin “müstəqilliyimiz dönməzdir, əbədidir, daimidir” kəlamı həm də onun əqidəsi, həyat idealı və gələcək nəsillərə tövsiyəsi idi. Dünyada ən şirin nemət olan müstəqilliyin qorunması sahəsində hamımız bu deviz ətrafında birləşməliyik.

Biz də deyirik ki, ümummilli liderimizin gələcəyə nur saçan çöhrəsi sönməzdir, unudulmazdır və əbədidir!

Allah ona qəni-qəni rəhmət eləsin!

- Müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib