AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Əlcəzair xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Zati-alinizə Azərbaycan xalqının rifahı və inkişafı yolunda böyük uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi sahəsində Zati-alinizlə birgə səy göstərməyə hazır olduğumu bir daha bildirirəm.
Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm.
Əbdüləziz Buteflika
Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti
Əlcəzair şəhəri, 21 oktyabr 2008-ci il.