AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və bu məsul vəzifənin icrasında Sizə müvəffəqiyyətlər və şəxsi rifah arzulayıram.
Fürsətdən istifadə edərək, bu günə qədər Sloveniya Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin hərtərəfli inkişafına nail olunmasından məmnunluğumu bildirirəm. Tam əminəm ki, ölkələrimiz arasında xoş əlaqələr bundan sonra da uğurla inkişaf edəcək və yeni məna kəsb edəcəkdir.
Hörmətli cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm.
Danilo Türk
Sloveniya Respublikasının Prezidenti
Lyublyana, 21 oktyabr 2008-ci il.