AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydəroviç,
Milli bayram - Respublika günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Ölkəniz dövlətçiliyin və cəmiyyətdə sabitliyin möhkəmləndirilməsi yolunda ildən-ilə inamla irəliləyir, iqtisadi potensialını ardıcıl surətdə artırır. Onun beynəlxalq aləmdə nüfuzu da yüksəlir.
Rusiyada Azərbaycan ilə ənənəvi dostluq münasibətləri yüksək qiymətləndirilir. Əminəm ki, yaranmış qarşılıqlı anlaşma və etimad, intensiv siyasi əlaqələr və konstruktiv dialoq bundan sonra da Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edəcək, regional sabitliyə və təhlükəsizliyə kömək göstərəcəkdir.
Hörmətli İlham Heydəroviç, fürsətdən istifadə edərək, Sizə cansağlığı və məsuliyyətli dövlət işinizdə uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti