AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydəroviç,
Milli bayram - Respublika günü münasibətilə Belarus Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Ölkənizin son illər sosial-iqtisadi sahədə qazandığı uğurlar onun rəhbərliyinin güclü və çiçəklənən dövlətin qurulmasına yönəldilmiş xəttinin doğruluğunu inamla sübuta yetirir.
Əminəm ki, siyasi dialoqun yüksək səviyyəsi, qarşılıqlı surətdə faydalı ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafı işində Belarus və Azərbaycanın birgə səyləri xalqlarımızın maraqlarına tam cavab verir.
Hörmətli İlham Heydəroviç, məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə səmimi qəlbdən böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqına isə sülh və xeyirxahlıq arzulayıram.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti