AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Milli bayramınız - Respublika günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Hindistan xalqının salamlarını və təbriklərini çatdırmaqdan məmnunam.
Hindistan-Azərbaycan münasibətləri sıx tarixi və mədəni əlaqələrə, eləcə də bizim ortaq sülh və qarşılıqlı anlaşma istəyimizə söykənir. Əminəm ki, bizim çoxsahəli ikitərəfli əlaqələrimiz xalqlarımızın qarşılıqlı mənfəəti üçün bundan sonra da inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına xoş güzəran və tərəqqi arzulayıram.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.
Abdul Kalam,
Hindistanın Prezidenti