RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
28 May - Respublika günü münasibətilə Sizə və xalqınıza öz həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm.
Ölkələrimiz arasındakı münasibətlər xoş və sıxdır. Biz bu münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik. 2006-cı ilin noyabrında imzalanmış Avropa qonşuluq siyasətinə dair fəaliyyət planı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün mühüm addım olmuşdur.
Mən şəxsən Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər və xalqınıza sülh, əmin-amanlıq və çiçəklənən iqtisadi inkişaf arzu edirəm.
Sizin,
Horst Köhler
Almaniya Federativ Respublikasının Prezidenti