AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramının qeyd edilməsi Zati-alilərinizə və bütün həmvətənlərinizə ən xoş arzularımı çatdırmaq üçün mənə fürsət yaradır.
Daha həmrəy cəmiyyətin qurulması, hər bir vətəndaşa iqtisadi, sosial və mənəvi tərəqqidən bəhrələnmək imkanının verilməsi, eləcə də ümumbəşəri dəyərlərə və xalqınıza məxsus olan mədəniyyətə hörmətlə yanaşılması üçün soydaşlarınızın göstərdiyi səylərə Ulu Tanrı yardımçı olsun.
Zati-alilərinizə və bütün vətəndaşlarınıza xeyir-dua diləyirəm.
XVI Benedikt
Roma Papası