AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə qarşıdakı illərdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi arzusunu ifadə edərək, Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan, Zati-alilərinizə və Azərbaycan Respublikasının xalqına hərarətli təbriklərimi yetirmək, ən xoş arzularla Sizə cansağlığı, qardaş Azərbaycan xalqına tərəqqi və rifah diləmək istəyirəm.
Ən dərin hörmət və ehtiramla,
Həməd bin Xəlifə Al Tani
Qətər Dövlətinin Əmiri