AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Milli bayramınız - Respublika günü münasibətilə Zati-alilərinizə və Azərbaycan xalqına öz adımdan və Bəhreyn Krallığının xalqı adından səmimi təbriklərimizi və hərarətli salamlarımızı yetirməkdən məmnuniyyət duyuram.
İcazə verin, fürsətdən istifadə edərək, səmimi arzularla Sizə cansağlığı və xoşbəxtlik, ölkənizin xalqına davamlı tərəqqi və rifah diləyim.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Həməd bin İsa Al Xəlifə
Bəhreynin Kralı