AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alilərinizi türk xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Azərbaycan xalqının bu xoş gündəki sevinc hisslərini bölüşürük.
Ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin mədəni və insani əlaqələrdən qaynaqlanan güc birliyi və həmrəylik yolu ilə daim dərinləşəcəyinə əminik.
Fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq arzulayıram.
Əhməd Necdət Sezər
Türkiyə Respublikasının Prezidenti