AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını milli bayramınız - Respublika günü münasibətilə bütün kanadalılar adından təbrik etməkdən məmnunluq duyuram.
Son illərdə ölkələrimiz arasında geniş tərəfdaşlığın qurulması məqsədi ilə qarşılıqlı və konstruktiv yanaşmaya əsaslanan əlaqələr inkişaf etmişdir. Bir neçə beynəlxalq təşkilatlara üzvlüyümüz bu prosesə yardım göstərmişdir. Kanada hesab edir ki, bizim sadiq olduğumuz demokratik prinsiplər inkişaf və təhlükəsizliyin ən etibarlı təminatıdır.
Əminəm ki, qarşıdan gələn ildə də xalqınızın rifahı davamlı surətdə yüksələcək, Azərbaycan ilə Kanada arasında əməkdaşlıq daha da güclənəcəkdir.
Səmimiyyətlə Sizin,
Mişel Jan,
Kanadanın General Qubernatoru