AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Davamlı olaraq bu məsul vəzifədə qalmağınız Azərbaycan xalqının Sizə olan etimadının ifadəsidir. Tam əminəm ki, Tailand və Azərbaycan arasındakı səmimi dostluq əlaqələri Sizin rəhbərliyiniz altında daha da möhkəmlənəcək və xalqlarımızın qarşılıqlı mənafeləri naminə yüksələcəkdir. Sizə gələcək illərdə müvəffəqiyyət, səadət və möhkəm cansağlığı diləyirəm.
Ən yüksək ehtiramla,
Somçay Vonqsavat
Tailand Krallığının Baş naziri
Banqkok, 28 oktyabr 2008-ci il.