AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Ölkənizin milli bayramı münasibətilə Sizə, hökumətinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.
Birləşmiş Millətlər Təşkilatı dünyanın aparıcı universal forumu olmaqda davam edir. İqlim dəyişikliyindən gender bərabərliyinədək, sülhün yaradılmasından inkişaf və insan hüquqlarınadək bütün qlobal xarakterli mühüm məsələlərdə BMT beynəlxalq ictimaiyyətin iradəsinin ifadə edilməsi və təşviqində zəruri vasitədir.
Üzv dövlətlərin iştirakı bu proses üçün mühüm əhəmiyyət kəsb edir. Sizin dəstəyinizlə biz zəmanəmizin təhlükələrinin qarşısının alınmasına və hamı üçün daha firavan, bərabər və möhkəm dünyanın qurulmasına nail olacağıq. Xüsusilə, mən üzv dövlətlərin 2015-ci ilə qədər “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmaqda öz səylərini səfərbər edəcəklərinə ümid edirəm.
BMT-nin qarşısında duran vəzifələr onun effektiv və çevik olmasını tələb edir. Mən ən yüksək standartların təyin edilməsi üzərində çalışıram və nəticələr əldə etmək qərarına gəlmişəm. Təqdirəlayiq haldır ki, BMT bütün atdığı addımlarda Azərbaycanın tövsiyə və dəstəyinə arxalana bilər.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Pan Gi Mun
Birləşmiş Millətlər Təşkilatının baş katibi