AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Qazaxıstan və Azərbaycan arasındakı qarşılıqlı hörmət və etimad əlaqələrinin gələcəkdə də səmərəli inkişaf edəcəyinə, o cümlədən xalqlarımızın mənafeləri naminə daha da möhkəmləndirilərək genişlənəcəyinə çox əminəm.
Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı, xalqınızın mənafeyi yolunda fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə bərəkət və əmin-amanlıq arzu edirəm.
Xoş arzularla,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti