AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın Respublika Günü münasibətilə Hindistan xalqı adından təbriklərimi çatdırmaq istərdim.
Hindistan və Azərbaycan xalqları arasında əlaqələrin tarix, ənənə və mədəniyyətlərimizdə dərin kökləri vardır. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycanın sürətli inkişafı böyük təəssürat bağışlayır. Əminəm ki, son illərdə ikitərəfli münasibətlərimizdə əldə edilmiş müsbət irəliləyişi gələn illərdə də davam etdirəcəyik.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edir, ən xoş arzularla Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik diləyirəm.
Pratibha Devisinqh Patil
Hindistanın Prezidenti