AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.
Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əmin olduğumu bildirirəm.
Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən daim möhkəm cansağlığı, həyat eşqi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm.
Hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın Prezidenti