AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə şəxsən öz adımdan, Tunis hökuməti və xalqı adından Zati-alilərinizə ən səmimi təbriklərimi, möhkəm cansağlığı və səadət diləyimi, dost Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq arzularımı çatdırmaq mənə xoşdur.
Fürsətdən istifadə edib bir arzumu da bildirmək mənə xoşdur ki, qardaş ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri daha da uğurlu olsun və qardaş xalqlarımızın qarşılıqlı mənafeləri naminə daha da inkişaf etsin.
Zeynulabidin Ben Əli
Tunis Respublikasının Prezidenti