AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə, eləcə də Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan və Malta xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Fürsətdən istifadə edərək Zati -alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, xalqınıza isə davamlı tərəqqi arzu edirəm. Eyni zamanda, inanıram ki, ölkələrimiz arasında mövcud olan əla münasibətlər xalqlarımızın rifahı naminə möhkəmlənməkdə davam edəcəkdir.
Corc Abela
Malta Respublikasının Prezidenti