AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Milli bayramınız - Azərbaycan Respublikası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dövlətçiliyin bərpa edilməsi sayəsində Azərbaycan iqtisadi, sosial və mədəni inkişafda çox sanballı nəticələr əldə etməyə, dünya birliyinin hörmətini və Müstəqil Dövlətlər Birliyində haqlı nüfuz qazanmağa nail olmuşdur.
İnanıram ki, Azərbaycan Respublikasının və MDB iştirakçısı olan dövlətlərin çoxşaxəli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi iqtisadi, elmi-texniki, sosial yönümlü bir sıra ümumdövlət proqramlarının həllinə imkan yaradacaqdır.
MDB çərçivəsində inteqrasiyanın inkişafı məsələlərinin həllində qarşılıqlı anlaşmaya və Sizin dəstəyinizə ümid bəslədiyimi bildirirəm.
Çox hörmətli İlham Heydər oğlu, bu bayram günündə Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.
Dərin hörmətlə,
Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin
sədri - icraçı katib